"Terminator: Qara Tale" Filminin Premyerası Açıqlandı!

25 Mart, 2019


Ceyms Kemeron (James Cameron), TiCey Millerin (T.J Miller) rejissoru olduğu, Arnold Şvartsenegger (Arnold Schwarzanegger) və Linda Hemilton (Linda Hamilton) iştirakı ilə yeni “Terminator” filminin adının Terminator: Qara Tale (Terminator: Dark Fate) olduğunu açıqladı.

Kəskin və elmi-fantastik janrda olan filmlər arasında yer alan “Terminator”, Ceyms Kemeronun (James Cameron) prodüserliyi ilə və "Dedpul"dan (Deadpool) tanıdığımız T.J Millerin rejissoruluğu ilə geri qayıdır. Həm yazıb, həm də rejissoru olduğu ilk iki “Terminator” filmi ilə böyük uğur qazanan Ceyms Kemeron, iki filmin ardından seriyanın prodüserliyini və rejissorluğunu buraxmışdı. Seriyanın 3-cü filmi olan "Terminator 3"ün (Terminator 3: The Rise of the Machines) rejissoru Conatan Mostou (Jonathan Mostow) olmuşdu. 2009-cu ildə isə yeni bir üçlüyün ilk filmi olaraq planlanan "Terminator: Xilasetmə"nin (Terminator: Salvation) premyerası olmuş, ancaq gözlənilən nəticəni əldə edə bilməmişdi və davam filmləri təxirə salınmışdı. Filmdə Arnold Şvartseneggerin (Arnold Schwarzenegger) canlandırdığı T-800-ün ana xarakterlərdən biri olmaması da bu vəziyyətə təsirsiz ötüşməmişdi. 2015-ci ildə isə seriyanın yenidən başladılması planlanan "Terminator: Genesis"in (Terminator: Genisys) premyerası oldu. Ancaq nəticə yenə də ürəkaçan olmadı.


Картинки по запросу Terminator: Dark Fate

2017-ci ildə “Terminator” seriyasının haqlarını geri alan Ceyms Kemeron (James Cameron), "Dedpul" (Deadpool) ilə tanıdığımız TiCey Millerin rejissorluğu ilə orijinal seriyayı davam etdirəcək yeni bir film üçün hazırlıqlara başlamışdı, T-800 rolu ilə Arnold Şvartsenegger (Arnold Schwarzenegger) və Sarah Conner xarakteri ilə Linda Hemiltonun (Linda Hamilton) geri qayıtdığı filmin “Terminator 2”dən sonra çıxan filmləri yox sayacağı və orijinal seriyayı davam etdirəcəyi açıqlanmışdı.



Kemeronun proyektə geri dönüş qərarı aldığı 2017-ci ildə, seriyanın axışını bu sözlərlə açıqlamışdı: “Bu film "Terminator"un ilk iki filminin davamı olacaq. Digər filmlər pis bir yuxu imiş kimi, ya da başqa bir zaman axışında baş vermiş kimi qəbul edəcəyik. Bunlar daha çox TiCey Millerin fikirləridir, çünkü seriyaya hardan davam edə biləcəyimiz haqqında fikirlərim qarışıq idi və təkid etdiyim tək nöqtə, 21-ci əsrə uyğun bir film çəkməyimizin lazım olduğu idi.”


Картинки по запросу Terminator: Dark Fate

Həm Ceyms Kemeronun (James Cameron) proyektə daxil olması, həm də seriyayı 2 filmin qaldığı yerdən davam etdirəcək olması ilə həyəcan yaradan yeni “Terminator” filmi üçün maraqlı gözlənti davam edərkən, Kemeron filmin adının nə olacağını açıqladı.

Baş rollarında Arnold Şvartsenegger (Arnold Schwarzenegger) və Linda Hemiltona (Linda Hamilton) Makkenzi Devislə (Mackenzie Davis) yanaşı, filmdə Gabriel Luna, Natalia ReyesDiego Boneta’da iştirak edəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər