Rassell Krou Filmdə Aşpaz Marco Pierre White’ı Canlandıracaq!

20 Dekabr, 2019


Rassel Krou (Russell Crowe), üç Michelin ulduzu alan ən gənc aşpaz olan Marco Pierre White’ın həyatını danışacaq yeni bir film üçün kamera arxasına keçməyə hazırlaşır. Rassel Krou (Russell Crowe) yazıb, rejissoru olacağı filmdə White’a həyat verəcək.

Dünyanın ən bacarıqlı aşpazları arasında yer alan, xüsusilə mətbəxdəki sərt hərəkətləri ilə tanınan Marco Pierre White‘ın həyatı filmə adaptasiya olunur. Hell’s Kitchen proqramında sanki fırtına qoparan Gordon Ramsay’i də mətbəxində işlədiyi vaxtda gözyaşları içində buraxacaq qədər sərt bir aşpaz olan White’ın həyatını böyük ekrana dəyişəcək ad isə “Oskar” mükafatlı aktyor Rassel Krou (Russell Crowe) olacaq.



Ötən günlərdə Daily Mail’a verdiyi reportajda, həyatını mövzu götürən yeni bir film üçün hazırlıqlara başlandığını açıqlayan Marco Pierre White, filmi Rassel Krounun (Russell Crowe) yazıb, rejissoru olacağını açıqladı. Bundan əlavə filmdə özünü canlandıracaq adlardan birinin də Krou olacağını qeyd etdi. Artıq 60 yaşına çatdığını deyən White, filmdə özünün fərqli yaşlardakı halını fərqli adların canlandıracağını, Krounun bu adlardan biri olacağını vurğuladı. Marco Pierre White’ın həyatını danışacaq filmi Ridli Skottun (Ridley Scott) rejissoru olması gündəmdəydi.

Картинки по запросу Russell Crowe to write, direct and star in Marco Pierre White biopic

Məxfi Los-Anceles (L.A. Confidential), A Beautiful Mind, The Insider, "Qladiator" (Gladiator) kimi filmlərdə unudulmaz performanslara imza atan Rassel Krou (Russell Crowe), Yılmaz ErdoğanCem Yılmazın da aktyor heyətində yer aldığı "Son Ümid" (The Water Diviner) ilə ilk qurma uzunmetrajlı filminə imza atmışdı. Bu il The Loudest Voice serialı ilə adını eşitdirən və "Qızıl Kürə" namizədliyi qazanan Krou, önümüzdəki dövrdə bir yandan aktyorluq karyerasını davam etdirərkən bir yandan da rejissor olaraq yeni işlərə davam edəcək kimi görünür.

1995-ci ildə, hələ 32 yaşındaykən üç Michelin ulduzu qazanan ən gənc aşpaz olan Marco Pierre White’ın həyatını danışacaq bir filmin çəkilməsi əslində uzun müddətdir gündəmdəydi. Bir dövr bu filmi Ridli Skottun (Ridley Scott) rejissoru olması gündəmə gəlmiş, White’ı canlandırması üçünsə Maykl Fassbender (Michael Fassbender) ilə görüşülmüşdü. Ancaq o proyekt heç-cür həyata keçmədi. Krounun öz proyektini həyata keçirib, keçirməyəcəyini gözləyib görəcəyik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər