Yılmaz Ərdoğan

Yılmaz Ərdoğan

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Yılmaz Ərdoğan kürd əsilli türkiyəli aktyor, rejissor və prodüserdir. 1967-ci ildə Türkiyənin Hakkari vilayətində anadan olub. Uşaqlığı Ankarada keçib, daha sonra İstanbula köçüb. Orada İstanbul Texniki Universitetinin mühəndislik fakültəsini bitirib. Ardınca Fərhan Şensoyun rəhbərlik etdiyi “Növbətçi Teatrı” adlı teatr truppasına qoşulub. Kinoda ilk uğurlu rolu “Vizontele” filmində oynadığı rol olur. Həmin filmin çəkilişlərində eyni zamanda rejissor və ssenarist qismində iştirak edib. 2011-ci ildə aktyor “Bir dəfə Anadoluda” adlı kriminal dramda baş rollardan birini ifa edib. 2012-ci ildə “Kərgədanlar mövsümü” adlı tarixi adlı dram serialında Monika Belluççi ilə birgə baş rolları bölüşüb. Növbəti il bioqrafik-tarixi “Kəpənəyin yuxusu” melodramına çəkilib. 2014-cü ildə aktyor Rassel Krounun “Son ümid” adlı hərbi dramında türkiyəli mayor Həsən rolunu oynayıb. Hal-hazırda Belçim Bilgin adlı aktrisa ilə evlidir. Cütlüyün bir oğlan övladları var. Bundan əvvəlki nikahdan isə bir qızı dünyaya gəlib. Ərdoğan Beşiktaş futbol klubunun sadiq azarkeşidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Y%C4%B1lmaz_%C6%8Frdo%C4%9Fan

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç