Deniel Redkliffli Escape from Pretoria'a Aid Treyler Yayımlandı!

17 Dekabr, 2019

Harri Potter (Harry Potter) seriyası ilə adını bütün dünyaya eşitdirməyi bacaran Deniel Redkliff (Daniel Radcliffe), artıq təbii olaraq fərqli rollarda da görürük. Son illərdə fərqli tərzlərdəki proyektlərdə göstərdiyi performansları ilə tərif dolu rəylər eşidən aktyorun filmoqrafiyasına əlavə etdiyi ən yeni film olan siyasi triller filmi Escape from Pretoria'a aid treyler yayımlandı.

Картинки по запросу Daniel Radcliffe Breaks Out of Prison in ‘Escape from Pretoria’ Trailer

Film, Aparteid əleyhinə fəaliyyətinə görə 70-ci illərdə yüksək təhlükəsizlikli Pretoria həbsxanasına köçürülmüş Tim Cenkinin təcrübələrinə əsaslanır. Filmdə ən çox görəcəyimiz üç xarakter olan Tim Cenkin, digər ANC məhkumları Stephen LeeDenis Goldberg birlikdə böyük bir qaçış planına imza ata bilmək üçün ən xırda detalına görə düşünülmüş bir plan hazırlayırlar.



Gerçək həyatda da yaşanmış olan bu hadisənin 40-ci il dönümü olan 11 dekabr 2019-cu ildə yayımlanmış olan treyler ilə tarixə də bir salam verilmiş oldu. Tim Cenkin'in eyniadlı romanından adaptasiya edilən filmdə L.H. AdamsKarol Griffiths’a ssenaridə kömək edən Francis Annan eyni zamanda filmin rejissor kürsüsündə də oturur. Aktyor heyətində başrol Deniel Redkliffə (Daniel Radcliffe) yanaşı İen Hart (Ian Hart), Daniel Webber, Nathan PageStephen Turner iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər