Deniel Redkliff

Deniel Redkliff

Aktyor

BİOQRAFİYA

Deniel Ceykob Redkliff — Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyorudur. 2001-ci ildən 2011-ci ilədək Emma Uotson və Rupert Qrint ilə birlikdə 8 Harri Potter filmində çəkilərək məşhurlaşıb. Deniel, Londonda Alan Redkliff və Marsia Qrişemin ailəsində anadan olub. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol alıb. Anası yəhudidir və Vestklif-Esseksdə böyüyüb. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırıb. Film iki hissə halında BBC-də nümayiş etdirilib. 2000-ci ilin avqust ayında Redkliff bir çox seçmədən keçərək Harri Potter və Fəlsəfə Daşı adlı filmdə baş rolu oynamağa haqq qazanıb. Böyük büdcə ayrılan film, ingilis yazar Coan Roulinqin kitabının adaptasiyasıdır. Eyni zamanda Pirs Brosnan ilə "The Tailor of Panama" adlı filmdə kiçik bir rol alıb. Harri Potter saqasının ilk filmi olan “Harri Potter və Fəlsəfə Daşından” sonra “Harri Potter və Sirlər Otağı” filmində Harri Potter obrazını canlandırıb. Redkliff "Harri Potter və Azkaban Məhbusu" (2004), "Harri Potter və Alov Kuboku" (2005), "Harri Potter və Simurq Ordeni " (2007), "Harri Potter və Mələz Şahzadə" (2009) "Harri Potter və Ölüm Yadigarları Hissə 1" və sonuncu "Harri Potter və Ölüm Töhfələri Hissə 2" filmlərində Harri Potteri canlandırıb. 2009-cu ildə son 10 ildə ən çox qonorar alan aktyor kimi Ginnesin "Rekordlar" kitabına düşüb. Harri Potter saqasında Ron Uizli rolundakı Rupert Qrint və Hermonie Granger rolundakı Emma Uotson da yoldaşlıq edib. Deniel Redkliff Sussex House School, City of London School kimi məktəblərdə təhsil alıb. Məktəbləri müvəffəqiyyətlə bitirən Redkliff 17 yaşındaykən təhsilinə bir müddət ara vermək qərarına gəlir. O bas gitara çalmağı, Punk-Rok dinləməyi sevir. "Sunday Times" adlı qəzetin araşdırmasına görə 14 milyon poundluk sərvəti ilə Birləşmiş Krallıqdakı ən zəngin şəxslərdən biridir. Ayrıca başqa bir araşdırmaya görə də İngiltərədəki ən zəngin 33 şəxsdən biridir. Seriyanın ilk filmi üçün 250.000 funt, dördüncü film üçün 5.6 milyon funt, son film üçün də 8 milyon funtd qonorar əldə edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Deniel_Redkliff

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç