İen Hart

İen Hart

Aktyor

BİOQRAFİYA

İen Hart 8 oktyabr 1964-cü ildə İngiltərənin Liverpul şəhərində dünyaya göz açıb. İrland mühacirlərin nəslindəndir. Katolik ailədə böyüyüb. Kardinal Allen Qremmer Skulun məktəbində oxuyub. Yeniyetmə yaşlarında Meybl Fletçer Musiqi və Dram məktəbinin Gənclər Teatrının üzvü olub. İen “Vətən və Azadlıq” (1995) adlı ispan vətəndaş müharibəsindən bəhs edən hərbi dramda respublikaçı üsyançı rolunu oynayıb. 2000-ci ildə ekranlara çıxan “Liem” filmində liverpullu işsiz fəhlə obrazını yaradıb. İki dəfə Con Lennon rolunu oynayıb (“Saatlar və zaman” (1991) və “Kvartetin beşincisi” (1994). 2001-ci ildə “Harri Potter və filosof daşı” filminin premyerasından sonra məşhurlaşıb. Orada professor Kvirinus Kvirrella rolunu oynayıb. Eyni zamanda lord Volan-de Mort personajının üz modeli və səsi olub. BBC-də 2002 və 2004-cü ildə efirə getmiş Şerlok Holms haqqında iki ayrı filmdə doktor Vatson rolunu oynayıb. 2011-ci ildə BBC-də yayımlanmış “The Man Who Crossed Hitler” teledramında Adolf Hitler obrazını canlandırıb. Aktyor Linn adlı qadınla evlidir. Birgə nikahdan 1997 və 2001-ci il təvəllüdlü iki qızı var. Hazırda Londonun şimalında yaşayırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D1%82,_%D0%98%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç