Conatan Entwistle Yeni "Power Rangers" Filmi Hazırlayır!

16 Dekabr, 2019


The End of the F***ing World serialının yaradıcısı olaraq tanınan Jonathan Entwistle, yeni bir Power Rangers filmi hazırlayır. 2017-ci il proyekti Power Rangers’tan müstəqil olacaq bu yeni versiya izləyiciləri 1990-cı illərə aparacaq.

Xüsusilə uşaqlığı 1990-cı illərə təsadüf edən filmsevərlər üçün olduqca xüsusi bir yerə sahib olan Power Rangers böyük ekranda şansını yenidən sınamağa hazırlaşır. Yaponiya istehsalı Kyōryū Sentai Zyuranger’dan ilham alınaraq hazırlanan və 1993-1996 illər arasında yayımlanan serialı ilə populyar mədəniyyətin bir parçası halına gələn Power Rangers, son olaraq 2017-ci ildə film adaptasiyası ilə qarşımıza çıxmışdı. Din İsraelaytın (Dean Israelite) rejissoru olduğu bu filmin yeni bir film seriyasının ilk parçası olması planlaşdırılırdı. Ancaq film tam mənası ilə bir fəlakət olmasa da gözlənilən nəticəni vermədi və planlanan yeni film seriyası da təxirə salındı.



Yaşanan bu xəyal qırıqlığının ardından Hollywood’un ən azından bir müddət üçün Power Rangers’tan uzaq duracağı düşünülmüş olsa da, gələn son xəbərlər yeni bir Power Rangers filminin təxmin ediləndən çok daha erkən bir tarixdə çəkilə biləcəyini göstərdi. Yeni Power Rangers filmi filmsevərləri 1990-cı illərə aparacaq.
The Hollywood Reporter’ın xəbərinə görə The End of the F***ing World serialının yaradıcısı olaraq tanınan, eyni zamanda serialın ilk sezonundakı bütün seriyaların rejissoru olan Jonathan Entwistle, yeni bir Power Rangers filmi hazırlayır. Bu yeni film 2017-ci ilin davamı olmayacaq, bunun yerinə sıfırdan başlayaraq yeni bir hekayə hazırlanacaq.

Картинки по запросу New ‘Power Rangers’ Reboot Coming from ‘The End of the F***ing World’ Director

Patrick Burleigh (Peter Rabbit 2: The Runaway)’in ssenarisini qələmə alacağı film, filmsevərlərə orijinal seriyanın hissiyatını yaşada bilmək üçün olduqca qeyri-adi bir yol izləyəcək və xarakterlərini keçmişə göndərəcək. Film, 1990-cı illərə səyahət edən bir qrup gəncin günümüzə dönmək üçün verdiyi mübarizəyə hədəflənəcək. Əlbəttdə bir yandan zaman səyəhəti hekayəsi hazırlanarkən, bir yandan da bu gənc xarakterlərin onları super qəhrəmana çevirəcək gücləri kəşf etmələrinə şahid oluruq.

Paramount Pictures və Hasbro ortaqlığında hazırlanan bu yeni versiyada kimlərin rol alacağı və ya nə zaman premyerası olacağı kimi detallar naməlumluğunu qoruyacaq. The End of the F***ing World’də diqqət çəkici bir iş ortaya çıxaran Entwistle’ın bu sevilən seriyaya necə bir yenilik gətirəcəyini görəcəyik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər