Corc Miller "Dəlisov Maks: Qəzəb Yolu"nun Davam Filmini Çəkəcək!

10 Dekabr, 2019


İdris Elba (Idris Elba) və Tilda Suintonlu (Tilda Swinton) yeni filmi Three Thousand Years of Longing’in çəkilişlərinə mart ayında başlayacağını vurğulayan Corc Miller (George Miller), bu filmdən sonra "Dəlisov Maks: Qəzəb yolu"nun (Mad Max: Fury Road) davam filmini çəkəcəyini açıqladı.

2015-ci ildə premyerası olan "Dəlisov Maks: Qəzəb yolu" (Mad Max: Fury Road) ilə son illərin ən yaxşı filmlərindən birinə imza atan Corc Miller (George Miller), beş il aranın ardından yeni filmini çəkməyə hazır görünür. Ötən günlərdə Deadline’a danışan Miller, İdris Elba (Idris Elba) və Tilda Suintonun (Tilda Swinton) baş rollarını üstlənəcəyi yeni filmin çəkilişlərinə mart ayında başlayacağını açıqladı. Filmə yaşıl işıq yandırıldığını söyləyən rejissor, çəkilişlərə Avstraliyada başlayacaqlarını, daha sonra isə London və İstanbula keçəcəklərini qeyd etdi.



Three Thousand Years of Longing adını daşıyan bu yeni film bir müddətdir gündəmdə olsa da film haqqında bilinənlər olduqca azdır. Miller və komandasının filmin mövzusunu aşıqlamamaq üçün diqqət göstərməsi qeyri-adi bir hekayənin filmsevərləri gözlədiyini düşündürür. Rejissorun keçən aylarda verdiyi bir reportajda film üçün “bugünə qədər etdiyim heç bir şeyə oxşamır” ifadələrini işlətməsi də bu düşüncüləri dəstəkləyir. Corc Miller (George Miller), "Dəlisov Maks: Qəzəb yolu"nun (Mad Max: Fury Road) davam filmi üçün hazırlıqları davam etdirir.

Xatırlayacağınız kimi "Dəlisov Maks: Qəzəb yolu"nun (Mad Max: Fury Road) gördüyü diqqətin ardından davam filmlərinin çəkilməsi gündəmə gəlmişdi. Warner Bros. ilə Corc Miller (George Miller) arasında filmin gəlir paylaşımı mövzusunda anlaşmazlıq yaşanması davam filmlərinin çəkilməsini çətinləşdirmiş olsa da son dövrdə Warner Bros. rejissorluğunda yaşanan dəyişiklik davam filmlərinin önünü açmışdı. Nitekim Miller də ötən aylarda verdiyi bir reportajda Mad Max’i özündə birləşdirən iki yeni proyektin və bir də Furiosa proyektinin hazırlıq mərhələsində olduğunu açıqlamışdı.

Похожее изображение

Deadline’a verdiyi bildirişdə bu mövzuda daha dəqiq açıqlamalar verən Miller, Three Thousan Years of Longing tamamlandıqdan sonra yeni Mad Max filminə keçəcəyinin xəbərini verdi. Mad Max kainatı ilə işinin bitmədiyini söyləyən Miller, bu filmdən sonra yeni Mad Max filminə keçəcəyini və bu film üçün də hazırlıqların davam etdiyini qeyd etdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər