Corc Miller

Corc Miller

Rejissor, prodüser

BİOQRAFİYA

Corc Miller – avstraliyalı kinorejissordur. “Qarlı çaydan gəlmiş oğlan” filmi ilə məşhurlaşıb. Sözügedən ekran əsəri Endrü Patersonun eyniadlı balladasının motivləri əsasında çəkilib. Film 1982-ci ildə Monreal kinofestivalında tamaşaçıların seçimi nominasiyasında qalib gəlib. Daha çox ailəvi kinoların istehsalı ilə məşğul olub. Bir sıra uğurlu telelayihələrin müəllifidir. 1943-cü ildə Şotlandiyada anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə Avstraliyaya köçüb. Ailə Melburn yaxınlığında yerləşən Qipslend şəhərində məskunlaşıb. Kinematoqrafiyada 1966-cı ildən etibarən fəaliyyətdədir. “Crawford Productions" studiyasında çalışıb. Karyerasının ilk mərhələsi ilə bağlı mətbuata maraqlı bir açıqlama verib: “Orada sizə hər şeyi öyrədəcəklər: Sizi birdən birə dibə atacaqlar, görsünlər suyun üzünə çıxıb üzə biləcəksiz ya yox. Mən üzə çıxmışlardan idim, belə treninq dünyanın heç bir yerində olmayıb.”

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80,_1943)  

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç