Maya Hawke, Andrea Raysboro (Andrea Riseborough) və Charlie Plummer, Ladyworld və Paris Window kimi müstəqil filmlərə imza atan Amanda Kramer’ın yeni filmi Please Baby Please’də rol alacaq. Karyerasını qısa filmlərlə formalaşdıran Amanda Kramer, 2018-ci ildə çəkdiyi Ladyworld və Paris Window filmləri ilə ilk uzunmetrajlı filmlərinə imza atmışdı. Tam mənası ilə müstəqil bir ruhla çəkilən bu filmlər film dünyasında böyük bir təsir yaratmamış olsa da Kramer, bir sonrakı filmi üçün çox daha diqqət çəkici bir proyektə imza atmağa hazırlaşır.
Amanda Kramer, yeni filmi Please Baby Please‘in ssenarisini Paris Window filmində birlikdə çalışdığı Noel David Taylor ilə qələmə alır. İzləyicini 1950-ci illərə dəvət edəcək film, Manhettenin təhlükəli küçələrində bir cinayətə şahid olan yeni evli cütlük Suse and Arthur’un yaşadıqlarını mövzu götürəcək. Bu olayı unutmaya çalışan Suse və Arthur, zaman içərisində təhlükəli bir dəstənin hədəfi olacaq. Maya Hawke, Andrea Raysboro (Andrea Riseborough) və Charlie Plummer’lı Please Baby Please’in çəkilişləri 2020-ci ilin fevralında başlayacaq. Amanda Kramer, mövzusu ilə həyəcanlandıran film üçün diqqət çəkici bir aktyor heyətini bir araya gətirdi.
The Hollywood Reporter’ın xəbərinə görə Amanda Kramerlə Ladyworld filmində birlikdə çalışan və bu il rol aldığı Stranger Things’in 3-cü sezonuyla adını geniş kütlələrə eşitdirən Maya Hawke, "Quş Adam" (Birdman), "Unutqanlıq" (Oblivion), "Qara güzgü" (Black Mirror), Mandy kimi proyektlərlə tanınan və önümüzdəki il The Grudge’ın remeykində izləyici qarşısına çıxmağa hazırlaşan Andrea Raysboro (Andrea Riseborough) və Lean on Pete filmiylə karyerası yüksəlişə keçən Charlie Plummer, Please Baby Please’in baş rollarında yer alacaq. Maya Hawke, Andrea Raysboro (Andrea Riseborough) və Charlie Plummer’lı filmin çəkilişləri fevral ayında başlayacaq. Filmin gələn ilin sonunda ya da 2021-ci ildə izləyicilərin ixtiyarına verilməsi gözlənilir. Filmin dünya premyerasını Sundance kimi önəmli festivallarda həyata keçirmə ehtimalı olduğunu qeyd edək.