Andrea Raysboro
Aktrisa
Andrea Raysboro 20 noyabr 1981-ci ildə İngiltərənin Nyukasl-apon-Tayn şəhərində anadan olub. Uşaqlığı Uitli Bey əyalətində keçib. Yeniyetməlik illərində tez-tez yerli teatr səhnəsinə çıxıb. 2005-ci ildə Kral Dram-İncəsənət Akademiyasını bitirib. 2005-ci ildə kinokaryerasına başlayıb və “Doktor Martin” teleserialı ilə debüt edib. Daha sonra 2006-cı ildə ekranlara çıxan “Venera” filmində çəkilib. 2009-cu ildə “Marqaret Tetçer: Finçliyə aparan uzun yol” (telefilm, 2008) filmində oynadığı rola görə BAFTA TV mükafatına namizəd olub. Ən əlamətdar filmləri “Fokusçular” (2007), “Qayğısız” (2008), “Məni buraxma” (2010), “Müqavimət“ (2011), “Unutqanlıq” (2013) olub. Sonuncuda məşhur aktyor Tom Kruzun tərəf-müqabili olub. Son illər ən uğurlu rolu, süni intellektin və müasir informasiya texnologiyalarının mənfi tərəflərini göstərən “Qara güzgü” teleserialının dördüncü mövsümünün üçüncü – “Timsah” adlı epizodunda oynadığı qatil ana rolu sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B9%D1%81%D0%B1%D0%BE%D1%80%D0%BE,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B0