E.Benks, Invisible Woman Adaptasiyasının Rejissoru Olacaq!

29 Noyabr, 2019


Ən son yeni Charlie’s Angels filminin rejissoru olan Elizabet Benks (Elizabeth Banks), Universal’ın Invisible Woman adaptasiyasının rejissoru olacaq, eyni zamanda baş rolunu üstlənəcək. Filmin ssenarisini The Girl on the Train’in ssenaristi Erin Cressida Wilson qələmə alacaq.

30 Rock, Love & Mercy, Pitch Perfect"Aclıq oyunları" (The Hunger Games) seriyasında rol alan, aktyor kimliyi ilə tanıdığımız Elizabet Benks (Elizabeth Banks), son illərdə bir çox həmkarının izindən gedib rejissorluğunu üstləndiyi proyektlərlə adını eşitdirmişdi. Pitch Perfect 2 ilə rejissorluq sahəsindəki məharətlərini sərgiləyən Benks, bu il böyük gözləntilərlə premyerası olmasına rəğmən kassada xəyal qırıqlığı yaradan yeni Charlie’s Angels filminə imza atdı.

Aktyorluq və rejissorluq karyerasını bir arada davam etdirməyə çalışan Elizabet Benksdən (Elizabeth Banks) yeni bir film daha gəlir. Elizabet Benks (Elizabeth Banks), Universal üçün Invisible Woman adaptasiyasının rejissoru olacaq, eyni zamanda filmin baş rolunda da yer alacaq.



Elizabet Benksin (Elizabeth Banks) rejissoru olacağı Invisible Woman’ın ssenarisini The Girl on the Train’in ssenaristi Erin Cressida Wilson yazacaq. Invisible Woman adaptasiyasının ssenarisini The Girl on the TrainMen, Women & Children filmlərinin ssenaristi olaraq tanınan Erin Cressida Wilson qələmə alacaq. Elizabet Benks (Elizabeth Banks), həyat yoldaşı Max Handelman ilə birlikdə filmin prodüserliyini üstlənəcək.

Картинки по запросу Invisible Woman: Elizabeth Banks To Direct, Star In Universal Horror Movie

Invisible Woman adaptasiyası ilə bağlı detallar gizli tutulur. Ancaq The Hollywood Reporter’ın xəbərinə görə Invisible Woman, bir-birindən fərqli canavar hekayələrini solo filmlərlə böyük ekrana gətirməyə qərar verən Universal’ın bir digər filmi olan The Invisible Man‘dən əlaqəsiz bir hekayə danışacaq və fərqli bir proyektdə izləyici qarşısına çıxacaq. The Invisible Man’i qorxu filmi olaraq çəkən Universal’ın, Invisible Woman üçün daha fərqli planlarının olduğunu deyə bilərik. Hatta The Hollywood Reporter’ın xəbərində qeyd edildiyinə görə Invisible Woman adaptasiyası, Thelma & Louise"Amerika psixopatı" (American Psycho) filmlərinin qarışımı olaraq çəkilə bilər.

Digər yandan Universal’ın Dark Army adındakı filminin rejissoru olması üçün Bridesmaids, Spy, "Yüksək hərarət" (The Heat), Ghostbusters filmlərinə imza atan, ən son "Adi xahiş" (A Simple Favor) filminin Pol Fiq (Paul Feig) ilə razılaşdığını sözlərinə əlavə etdi. Bundan əlavə son olaraq Rocketman’ə imza atan Dekster Fletçerin (Dexter Fletcher) da Universal üçün "Drakula"nın (Dracula) köməkçisi Renfield’ı mövzu götürən bir film çəkmək üçün hazırlıqlara başladığını vurğulamadan keçməyək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər