Elizabet Benks

Elizabet Benks

Aktrisa, prodüser, rejissor

BİOQRAFİYA
Elizabet Benks 10 fevral 1974-cü ildə Massaçusets ştatında (ABŞ) Enn və Mark Mitçellərin ailəsində anadan olub. Onu məşhur aktrisa Elizabet Mitçellə səhv salmamaları üçün Benks soyadını dəyişdirib. Aktrisa “Dorotinin təslimi” filmi ilə debüt edib. Benks Geri Rossun “Favorit”, Kris Terrionun “Yüksəklik”, Cadd Apatounun “Yüz yaşlı bakirə” filmlərində və “Hörümçək Adam”, “Amerikanın isti yayı” komediyasında canlandırdığı rollarla şöhrət qazanıb. 2006-ci ildə NBC kanalında yayımlanan “Klinika” serialında doktor Kim Briqs rolunda çəkilib. 2008-ci ildə Benks Oliver Stounun “Buş” filmində ABŞ-ın birinci xanımı Lora Buş rolunu canlandırıb. 2012-ci ildə ekranlara çıxan “Aclıq oyunları” filmində Effi Trinket rolunu oynayıb. "AskMenin" “Ən arzu olunan 99 qadın” sorğusunda 75-ci yeri tutub. Benks 10 fevral 1974-cü ildə ABŞ-ın Massaçusetr şəhərinin Pittsfild şəhərində anadan olub. Enn və Mark Mitçellərin ilkinidir (dörd övladları olub). Atası “General Electric” zavodunda fəhlə işləyib. Anası bank işçisi olub. Hələ uşaqlıq illərində Elizabet televiziyaya yol tapıb. "Nickelodeon" telekanalında yayımlanan "Finders Keepers" uşaq verilişində iştirak edib. Məktəbi bitirdikdən sonra Elizabet Pensilvaniya universitetinə daxil olub və 1998-ci ildə ali təhsil ocağından fərqlənmə ilə məzun olub. Şəxsi həyatına gəlincə 5 iyul 2003-cü ildə kollec yoldaşı Maks Handelmana ərə gedib. Nikah bağlarının möhkəmlənməsi üçün yəhudi dinini qəbul edib. 2011-ci ildə cütlüyün Feliks adlı övladları dünyaya gəlib. Özü uzun illər hamilə qala bilmədiyindən surroqat anaya müraciət etməli olublar. 2012-ci ildə cütlüyün Maqnust Mitçell adlı ikinci oğlu doğulub. Onu da surroqat ana dünyaya gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elizabeth_Banks
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç