Godzilla vs. Kong’un Premyerası 20 Noyabr 2020-yə Ertələndi!

27 Noyabr, 2019

13 mart 2020-ci ildə premyerası olması gözlənilən Godzilla vs. Kong ertələndi. Film tarixində önəmli yerə sahib iki əfsanəvi varlıqları qarşı-qarşıya gətirəcək film, 20 noyabr 2020-ci ildə premyerası olacaq.

GodzillaKing Kong kimi film tarixində xüsusi yerə sahib varlıqları bir araya gətirəcək yeni bir film kainatı quran Legendary, MonsterVerse adını verdiyi bu kainatı yavaş-yavaş formalaşdırır. Bu kainatın ilk filmi olan Qodzillanın, 2014-cü ildə premyerası olmuş, onu 2017-ci il istehsalı "Konq: Kəllə adası" (Kong: Skull Island) izləmişdi. Yenə bu kainatda keçən "Qodzilla: Bədheybətlər kralı" (Godzilla: King of the Monsters) isə ötən aylarda filmsevərlərlə görüşdü. Bu ana qədər Godzilla King Kong’un filmlərini filmsevərlərin ixtiyarına verən Legendary, növbəti premyerası olacaq Godzilla vs. Kong ilə bu iki əfsanəvi varlığı böyük ekranda bir araya gətirəcək. Ancaq Godzilla vs. Kong’u izləmək üçün ilk başda açıqlanandan daha uzun müddət gözləmək lazım olacaq.

Картинки по запросу ‘Godzilla vs. Kong’ Release Date Pushed Back to November 2020

"Qonaq" (The Guest) və You’re Next kimi sevilən qorxu filmlərinin rejissoru olan Adam Uinqardın (Adam Wingard) rejissor kürsüsünə oturduğu Godzilla vs. Kong’un 13 mart 2020-ci ildə premyerası olması açıqlanmışdı. Ancaq filmin premyerasının olmasına sadəcə dört ay qalmış olmasına rəğmən hərhansı bir treyler və ya görüntünün yayımlanmamış olması filmin ertələnəciyinin danışılmağa başlamasına səbəb olmuşdu. Filmin ortaq prodüseri olan Warner Bros.’un filmin tanıtımına niyə başlamadığı maraq mövzusu olarkən, studiyadan gözlənilən açıqlama gəldi. Mart ayında premyerası olması planlaşdırılan Godzilla vs. Kong, 20 noyabr 2020-ci ilə ertələndi.

Картинки по запросу ‘Godzilla vs. Kong’ Release Date Pushed Back to November 2020

May ayında premyerası olan "Qodzilla: Bədheybətlər kralı" (Godzilla: King of the Monsters), dünya miqyasında 385 milyon dollar gəlir əldə edərək xəyal qırıqlığı yaratmış və həm Godzilla (524 milyon $)’nın həm də "Konq: Kəllə adası" (Kong: Skull Island) (566 milyon $)’dan geridə qalmışdı. "Qodzilla: Bədheybətlər kralı"nın (Godzilla: King of the Monsters) xəyal qırıqlığı yaratmasının ardından gələn bu ertələmə qərarı ilk baxışda MonsterVerse üçün pis xəbər kimi görünə bilər. Ancaq Warner Bros.’un film üçün müəyyən etdiyi yeni tarix əslində studiyanın MonsterVerse filmlərinə güvənməyə davam etdiyini göstərir. Yəni ABŞ-da tətil vaxtına təsadüf edən 20 noyabr, ümumilikdə kassada yüksək gəlir əldə etməsi gözlənilən filmlər axtarılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər