Adam Uinqard

Adam Uinqard

Rejissor, montajçı, operator, aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Adam Uinqard 3 dekabr 1982-ci ildə ABŞ-ın Tennessi ştatında doğulub. Daha çox horror və triller janrında çəkdiyi filmlərinə görə, xüsusilə “Sən növbətisən”, “Qonaq”, “Ölüm kağızı” filmlərinə görə tanınır. 2002-ci ildə Full Sail Universitetini bitirib. İlk tammetrajlı bədii filmi baş rola Bil Mosili və Tiffani Şepisin çəkildiyi “Ev üçün daxışmış” adlı horror-komediyası olub. Ardınca isə “Popskal”adlı kabus trillerini lentə alır. Cəmi 2 min dollarlıq büdcəsi olan film Roma Kinofestivalına qədər gedib çıxıb. 2007-ci ildə isə AFİ film festivalında nümayiş olunub. Daha sonra “Ölməyin ən acınacaqlı yolu” (2010) və “Başımızı nə ilə qataq” (2011) filmlərini çəkir. Birincisinin premyerası 2010-cu ildə Toronto Beynəlxalq Film Festivalında baş tutur. “Başımızı nəylə qataq” 4 hissəli antologiyası qızları narkotik vasitə ilə yatızdırıb, zorlayan oğlanlardan bəhs edir. Antologiya 2011-ci ildə Film Festivalında (Monreal şəhərində) nümayişə çıxarılıb və olduqca pozitiv rəy qazanıb. Uinqardın əsas şedevri indi-triller janrında çəkilmiş “Qonaq” filmi sayılır. 2015-ci ildə ekranlara çıxan filmin uğuru onun qapısına yeni iribüdcəli layihələr gətirib. “Ölüm dəftəri” adlı yapon manqasının uğursuz adaptasiyasından sonra, “Mən şeytanı görmüşəm” adlı Koreya hitinin remeykinə başlayıb. 2017-ci ildə isə “Qodzilla Kinq-Konqa” qarşı filminə rejissorluq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.afisha.ru/people/326850/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç