Maykl Ceksonun Həyatından Bəhs Edən Film Çəkilir!

26 Noyabr, 2019

Son dövrdə ad cinsi istismar skandalıyla gündəmə gələn Maykl Ceksonun (Michael Jackson) həyatını danıçacaq yeni bir film üçün hazırlıqlara başlanıldı. Bohemiya Rapsodiyasının (Bohemian Rhapsody) prodüserlərindəm Qrem Kinq (Graham King), film üçün, müğənninin əsərlərini kontrol edən fond ilə razılaşdı.

Tənqidçilər tərəfindən çox da bəyənilməmiş olmasına rəğmən, həm kassada böyük uğur yaxalayan, həm də dörd nominasiyada “Oskar”a layiq görülən Bohemiya Rapsodiyası (Bohemian Rhapsody) ilə böyük uğur əldə edən “Oskar” mükafatlı prodüser Qrem Kinq (Graham King), Freddie Mercury’dən sonra indi də musiqi dünyasının bir digər vacib adının filmini çəkməyə hazırlaşır. Bu ad isə son dövrdə adı cinsi istismar skandalıyla gündəmə gələn, Maykl Ceksondan (Michael Jackson) başqası deyil.

Michael Jackson Life

Ceksonun uşaq istismarına dair diqqət çəkici gerçəkləri gözlər önünə sərən və böyük səs gətirən Leaving Neverland sənədli filminin yayımlanmasının ardından mübahisəli bir fiqura çevrilən müğənninin həyatından bəhs edəcək film, Ceksonu təmsil edən və bütün əsərlərinin haqlarını əlində saxlayan fondun icazəsi ilə çəkilir. Bu da King və film komandasının Ceksonun mahnılarını istifadə edə biləcəyi mənasına gəlir.

Filmin ssenarisini “Oskar” namizədi ssenarist Con Loqan (John Logan) qələmə alır. Digər yandan fondun proyektə icazə vermiş olması, müğənninin həyatını danışacaq bu filmin uşaq istismarı kimi mövzulara çox da toxunmayacağını, toxunsa belə bu mövzuya Ceksonun üstəsindən gəlməsi lazım gələn ittihamlar olaraq baxacağını düşündürür. Deadline isə filmin Ceksonun həyatının sterilizə edilmiş bir versiyanın olmayacağını vurğulayır. Bunun tam olaraq nə mənaya gəldiyini film çıxmadan bilməyəcəyimiz kimi görünür.

Картинки по запросу Michael Jackson’s Life Getting Movie Treatment; ‘

Filmin ssenarisini "Qladiator" (Gladiator), "Təyyarəçi" (The Aviator) və Hugo ilə üç dəfə “Oskar”a namizəd olan John Logan qələmə alacaq.  Film üçün hələ bir studiya ilə anlaşılmış deyil. Kinq və Loqanın ssenari tamamlandıqdan sonra studiyalar ilə görüşməyə başlayacağı vurğulanır.

Maykl Ceksonun (Michael Jackson) uşaq istismarı ilə anıldığı bu dövrdə belə bir proyektin studiyalarından dəsdək görüb görməyəcəyi, bundan əlavə Ceksonu canlandırması üçün önəmli bir adla razılaşıb razılaşmayacağı maraq mövzusudur.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər