Eddi Mörfili "Beverly Hills Cop 4"ün Haqları Netflix’ə Satıldı!

20 Noyabr, 2019

Paramount Pictures, bu il Dolemite Is My Name ilə adını eşitdirən Eddi Mörfinin (Eddie Murphy) baş rolunu üstlənəcəyi Beverly Hills Cop 4’ün haqlarını Netflix’ə satdı. Hollywood’un öndə gələn studiyaları kassada uğurlu olma ehtimallarını artırmaq üçün yenidən versiyalara və davam filmlərinə sıx-sıx baş çəkmək halına gəlmiş olsa da, son dövrdə bu strategiyanın əvvəlki qədər işə yaramadığını görməyə başladıq. Terminator: Dark Fate"Qara geyimli adamlar: İnterneşnl" (Men in Black: International) kimi əslində bütün dünyada filmsevərlər tərəfindən bilinən seriyalarla bağlantılı filmlər, kassada gözlənilən nəticəni vermədi. Bu vəziyyət studiyaların yeni versiyaları və illər sonra çəkilən davam filmlərindən tamamilə vaz keçməsinə səbəb olmadı, amma studiyaları daha çox təmkinli davranmağa yönəltdi. Bununla bağlı olaraq Paramount Pictures də uzun müddətdir yenidən canlandırmaq üçün məşğul olduğu polis – Beverly Hills Cop seriyaları ilə bağlı planlarında dəyişiklik etdi.

Похожее изображение

Eddi Mörfinin (Eddie Murphy) baş rolunu üstləndiyi Beverly Hills Cop seriyalarının dördüncü filmini çəkmək üçün uzun müddətdir işlərini davam etdirən Paramount, Beverly Hills Cop 4’ün haqlarını Netflix’ə sataraq sürpriz bir qərara imza atdı. Seriyanın haqları hələ Paramount’un əlində olsa da, Beverly Hills Cop 4 Netflix tərəfindən hazırlanacaq və yayımlanacaq. Eddi Mörfinin (Eddie Murphy) Axel Foley rolu ilə geri qayıdacağı Beverly Hills Cop 4’ün kassada necə bir performans göstərəcəyini təxmin etmək mümkün deyil. Filmin Terminator: Dark Fate"Qara geyimli adamlar: İnterneşnl" (Men in Black: International) ilə eyni taleni paylaşıb kassada batması çox daha uzaq bir ehtimal deyil. Ancak Netflix olduğuna görə çox fərqli bir rəsm ortaya çıxır. Eddi Mörfi (Eddie Murphy) kimi bütün dünyada tanınan bir aktyor və komediyaçının varlığı, filmi Netflix üçün ideal bir proyektə çevirir. Yəni son dövrdə istər kamera önündə, istərsə də kamera arxasında önəmli adları bir araya gətirən filmlərə imza atmasına rəğmən Netflix’in ən çox izlənilən filmlərinin başında Adam Sendler (Adam Sandler) filmləri gəlir. Vəziyyət belə olduqda Paramount tərəfindən riskli olaraq görülən bir proyekt Netflix üçün yüksək potensiyalı bir fürsətə çevrilə bilir.



Digər yandan Eddi Mörfinin (Eddie Murphy) hal-hazırda Netflix ilə uğurlu bir ortaqlığının olmasının da Beverly Hills Cop razılaşmasının gerçəkləşməsində təsirli olduğu təxmin edilir. Ötən günlərdə yayımlanan Netflix filmi Dolamite Is My Name ilə adından təriflə söz etdirən Eddi Mörfinin (Eddie Murphy) bu filmlə “Oskar” yarışında yer ala biləcəyi danışılır. Digər yandan məşhur komediyaçı Netflix’də yayımlanacaq yeni bir stand-up tamaşası hazırladığı da bilinir. Hətta Netflix’in bu tamaşa üçün Eddi Mörfiyə (Eddie Murphy) 70 milyon dollar ödəməyi qəbul etdiyi deyilir.

Netflix ilə Eddi Mörfi (Eddie Murphy) arasındakı iş birliyinin yeni halqası olacaq Bevery Hills Cop 4 haqqında bilinənlər hələlik olduqca azdır. Ancaq Netflix’in araya girməsiylə birlikdə proyektin sürətlə formalaşması və maraq oyandıran bir çox detalın önümüzdəki aylarda dəqiqlik qazanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər