Kristen Stüartın Oynadığı "Seberg" Filminin Treyleri Çıxdı!

16 Noyabr, 2019

Kristen Stüartın (Kristen Stewart) fransız yeni dalğasının ikonik adlarından Jean Seberg’ə həyat verdiyi Seberg’dən ilk treyler və afişa yayımlandı. Son illərdə Clouds of Sils Maria, Personal ShopperCertain Women kimi filmlərdə diqqət çəkici performanslara imza atan Kristen Stüart (Kristen Stewart), bu günlərdə daha çox "Çarlinin mələkləri" (Charlie’s Angels) remeyki ilə gündəmə gəlmiş olsa da, arthouse filmlərdən də vaz keçmir. Stüartın, À bout de souffle filmindəki Patricia rolu ilə yaddaşlara həkk olunan, Fransız Yeni Dalğasının ikonik adlarından Jean Seberg‘ə həyat verdiyi Seberg də bu il premyerası olacaq.

Похожее изображение

Dünya premyerasını 76-cı ildə Venesiya Film Festivalında etdikdən sonra Toronto və London kimi önəmli festivalları ziyarət edən Seberg, önümüzdəki ay ABŞ-da premyerası olacaq. Filmin ABŞ-da premyerası olmasına qısa bir müddət qalmış tanıtım işlərinə sürət verən Amazon, dünən, yani Jean Seberg’in doğum günü olan 13 noyabrda filmdən ilk treyler yayımlandı. Seberg, 76-cı Venesiya Film Festivalında göstəriləcək.

İlk eşidildiyində Against All Odds adını daşıyan film, 1960-cı illərdə Los-Ancelesda yaşadığı dövrdə Amerikadakı mülki hüquqlar hərəkatına qatılan Seberg’in aktivist Hakim Jamal ilə əlaqəsi səbəbindən J. Edgar Hoover və FBI tərəfindən hədəf alınmasını mövzu götürür. Hoover və adamları tərəfindən daimi müşahidə altında tutulması və təcavüz edilməsi bir müddət sonra Seberg’in həm şəxsi həyatını, həm də karyerasına təsir etməyə başlayır.



Seberg’in aktyor heyətində Kristen Stüartla (Kristen Stewart) yanaşı Jack O’Connell, Entoni Maki (Anthony Mackie), Colm Meaney, Margaret Qualley, Vins Von (Vince Vaughn), Zazi Bitts (Zazie Beetz), Stiven Rut (Stephen Root) və Yvan Attal iştirak edir.

Runi Maranın (Rooney Mara) baş rolunu üstləndiyi Una ilə diqqət çəkən Benedict Andrews‘ün rejissoru olduğu filmin ssenarisi daha əvvəl RaceFrankie & Alice kimi filmlərdə birlikdə çalışan Joe ShrapnelAnna Waterhouse’a aiddir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər