Antonio Banderas “Killerin həyat yoldaşının cangüdəni” Filmində!

16 Mart, 2019

Rayan Reynolds (Ryan Reynolds), Semüel L. Cekson (Samuel L. Jackson) və Salma Hayekin (Salma Hayek) baş rollarını üstləndiyi “Killerin həyat yoldaşının cangüdəni” (The Hitman’s Wife’s Bodyguard) filminin aktyor heyətinə Antonio Banderas Riçard E. Qrant (Richard E. Grant) da qatıldı.

2017-ci ildə premyerası olan və dünya üzrə 176.6 milyon dollar kassa gəliri əldə edərək uğur qazanan “Killerin cangüdəni”nin (The Hitman’s Bodyguard) davam filmi üçün hazırlıqlardavam edir. İlk filmin baş rollarını üstlənən Rayan Reynolds (Ryan Reynolds) və Semüel L. Ceksonun (Samuel L. Jackson) eyni rollarda geri qayıdacağı davam filmi üçün güclü aktyor heyəti ilə bir araya gələcəklər.

Картинки по запросу ‘Hitman’s Wife’s Bodyguard’

Filmdə rol alacağı əvvəlki günlərdə açıqlanan Morqan Friman (Morgan Freeman) və Frenk Qrillodan (Frank Grillo) sonra indi də Antonio Banderas Riçard E. Qrant (Richard E. Grant) filmin aktyor heyətinə daxil oldu. Bu simaların sırasına ilk filmdə Semüel L. Ceksonun (Samuel L. Jackson) həyat yoldaşını canlandıran Salma Hayek də daxildir.

Bu il Pedro Almodóvar’ın yeni filmi "Dolor y gloria"da filmsevərlərin qarşısına çıxacaq olan Antonio Banderas, son olaraq "Genius’un" 2-ci sezonunda Pablo Picasso’yu canlandıraraq adından söz etdirmiş, Riçard E. Qrant (Richard E. Grant) da Can You Ever Forgive Me?’dəki diqqətçəkici performansı ilə adından söz etdirməyi bacarmışdı. Can You Ever Forgive Me? Ilə ilk “Oskar” namizədliyini qazanan Qrant (Grant), bu il premyerası olacaq “Ulduz müharibələri: Epizod 9” (Star Wars: Episode IX) da da rol alıb.




Adının “Killerin həyat yoldaşının cangüdəni” (The Hitman’s Wife’s Bodyguard) olacağı deyilən davam filmində Rayan Reynolds (Ryan Reynolds) tərəfindən canlandırılan Michael Bryce, Darius (Samuel L. Jackson) və Sonia (Salma Hayek) ilə birlikdə İtaliyanın Amalfi sahilində yeni bir macəraya atılacaq. Başları bəladan qurtulmayan bu üçlük, Avropayı təhdid edən bir fanatın qarşısını almaq üçün könülsüz olsa da yaxşıların tərəfinə keçəcək.

İlk filmdə isə mövzu belə idi: O, dünyamiqyaslı cangüdəndir. Onun yeni işi isə tamamilə fərqlənir. O hər kəsin öldürmək istədiyi killeri qorumalıdır. Hərçənd o özü də onu məmnuniyyətlə öldürmək istəsə də, işinə peşəkar yanaşmalıdır. Keçmişdə qatı düşmən olsalar da, indi sağ qalmaq üçün güclərini birləşdirməlidirlər. Lakin hərəsinin öz üslubu olduğu üçün anlaşılmazlıqlar “n” qədərdir.



İlk filmin də rejissoru olan və daha əvvəl The Expendables 3, Red Hill kimi filmlərə rejissorluq edən Patrik Hyüzün (Patrick Hughes) rejissor kürsüsündə oturacağı filmin ssenarini, ilk filmin ssenaristi olan Tom O’Connor‘a yazır..

Çəkilişlərinə  bu ay başlanacaq olan “Killerin həyat yoldaşının cangüdəni” (The Hitman’s Wife’s Bodyguard) filminin, hələlik premyera tarixi tam olaraq məlum olmasa da, 2020-ci ilə gözlənilir.







Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər