P.T.Anderson 1970-ci İllərdən Bəhs Edən Film Çəkir!

14 Noyabr, 2019


Son olaraq "Xəyali ilmə" (Phantom Thread) ilə filmsevərlərin qarşısına çıxan Pol Tomas Anderson (Paul Thomas Anderson), yeni filmi üçün hazırlıqlara başladı. 1970-ci illərin Los-Ancelesində keçəcək olan filmin çəkilişlərinə fevral ayında başlanacaq.

"Neft" (There Will Be Blood), Boogie NightsMagnolia kimi unudulmaz filmləri film dünyasına qazandıran, yaxın dövr Amerika filmlərinin ən önəmli adlarından Pol Tomas Anderson (Paul Thomas Anderson), yeni bir filmlə kinoteatrlara geri qayıtmağa hazırlaşır. Son olaraq 2017-ci il istehsalı "Xəyali ilmə"yə (Phantom Thread) imza atan Andersonun yeni bir proyekt üzərində çalışdığı bir müddətdir danışılırdı. Hətta filmdə rol alması üçün Leonardo DiKaprioya (Leonardo DiCaprio) təklif təqdim olunduğu, ancaq oyunun seçimini də Gilyermo del Toro (Guillermo del Toro) imzalı Nightmare Alley’dən tərəf istifadə etdiyi deyilirdi. Nightmare Alley ilə bağlı xəbərlərin çıxdığı o dövrdə Pol Tomas Andersonun (Paul Thomas Anderson) yeni filmi ilə bağlı bilinənlər olduqca az idi. Ancaq The Hollywood Reporter tərəfindən ötən gün paylaşılan məlumatlar, film haqqında ilk detalların ortaya çıxmasını təmin etdi.

Похожее изображение

Pol Tomas Andersonun (Paul Thomas Anderson) eyni zamanda ssenarisini də qələmə aldığı film, izləyicilərin 1970-ci illərin Los-Ancelesinə aparacaq və rejissorun filmlərində görməyə aşina olduğumuz San Fernando Vadisi’ndə keçəcək. Andersonun böyüdüyü yer olan San Fernando Vadisi, daha əvvəl rejissorun üç filminə (Boogie Nights, Magnolia, Punch-Drunk Love) ev sahibliyi etmişdi.

Похожее изображение

Pol Tomas Andersonun (Paul Thomas Anderson) yeni filminin çəkilişlərinə fevral ayında başlanacaq. 1970-ci illərdə keçəcək olan bu yeni filmin mərkəzində eyni zamanda bacarıqlı bir aktyor olan bir litsey şagirdi yer alır. Hər nə qədər hekayənin mərkəzində bu litsey şagirdi yer alsa da filmdə bir çox xarakterin önəmli rollar üstlənəcəyi və bu xarakterlərin iç-içə keçən hekayələrinin danışılacağı vurğulanır.

Çəkilişlərinə gələn ilin fevral ayında başlanması gözlənilən filmin aktyor heyətində kimlərin yer alacağı hələ məlum deyil. Ancaq Anderson və komandasının baş rol üçün aktyor arayışına başladıqları vurğulanır.

Film, istər San Fernando Vadisi’ndə baş verməsi, istərsə də çox sayda xarakterin kəsişən hekayələrini danışacaq olması Boogie NightsMagnolia kimi rejissorun ilk dövrdəki filmlərini andırır. Sonraki illərdə çəkdiyi "Neft" (There Will Be Blood) və "Xəyali ilmə" (Phantom Thread) kimi filmlərlə “peşəkar rejissor” statusuna daha da yaxınlaşan Andersonun gəldiyi bu nöqtədə ilk dövrdəki filmlərinə yaxın bir hekayəyə necə bir iş ortaya qoyacağını görmək üçün səbirsizlənir.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər