Pol Tomas Anderson
Rejissor, ssenarist, prodüser
Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Studio-Siti (Kaliforniya ştatı, ABŞ) şəhərində Edvina və Erni Andersonların ailəsində dünyaya gəlib. Erni Anderson teleaktyor və “ABC” kanalının diktoru işləyirdi. Pol Tomas Anderson “Bərkgedən səkkizlik”, “Bugi stilində gecə”, “Maqnoliya”, “Neft”, “Ustad” və “Xəyali İlmə” filmlərini çəkib və bu filmlərə görə səkkiz dəfə “Oskar”a namizəd göstərilib. Tənqidçilər onun müsair dövr kinematoqrafiyasının ən istedadlı nümayəndələrindən biri olduğunu qeyd edirlər. 2007-ci ildə “Total Film” jurnalı Andersonu "Bütün dövrlərin ən yaxşı rejissorları siyahısı"nda 20-ci yerdə qeyd etmişdi. 2011-ci ildə isə “Entertainment Weekly” onu "Müasir dörün ən yaxşı rejissorları" siyahısında 10-cu göstərib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Thomas_Anderson