Sandra Bullok "Unforgiven"ın Baş Rolunda Yer Alacaq!

07 Noyabr, 2019


Sandra Bullok (Sandra Bullock), 2009-cu il istehsalı ingilis serialı Unforgiven’dan filmə adaptasiya olunacaq eyniadlı filmin baş rolunda yer alacaq. Netflixdə yayımlanacaq filmin rejissorluğunu System Crasher’a imza atan Nora Fingscheidt üstlənəcək. Happy Valley, Gentleman Jack seriallarının yaradıcısı Sally Wainwright’ın ssenarisini yazdığı, 2009-cu ildə İngiltərədə yayımlanan mini serial Unforgiven, uzun müddət mübarizə nəticəsində Netflix tərəfindən filmə adaptasiya olunur.

"Təyyarəçi" (The Aviator), "Dönüklər" (The Departed), Hugo kimi filmlərin “Oskar” mükafatlı prodüseri Qrem Kinq (Graham King), təxminən altı ildir serialı filmə adaptasiya etmək üçün çox çalışılmışdı. Hətta filmi Mission: Impossible – Fallout’a imza atan Kristofer MakKuorrinin (Christopher McQuarrie) yazıb, rejissoru olması düşünülmüş, filmin baş rolunda da Ancelina Colinin (Angelina Jolie) yer alması planlanmışdı.

Картинки по запросу Sandra Bullock Returning to Netflix for Post-Incarceration Movie

Ancaq bu adların ayrılmasının ardından proyektlə bağlı yeni bir şey əldə edilməyib. Tam proyektin təxirə salındığını düşündüyümüz məqamda Unforgiven adaptasiya olunması, həm baş rol aktyorunu, həm də rejissorunu tapdı. Deadline’ın xəbərinə görə ən son "Quş qutusu" (Bird Box) filmində qarşımıza çıxan Sandra Bullok (Sandra Bullock), Unforgiven adaptasiyasının baş rolunda yer alacaq.

Картинки по запросу Sandra Bullock Returning to Netflix for Post-Incarceration Movie

Sandra Bulloklu (Sandra Bullock) Unforgiven adaptasiyasını Nora Fingscheidt rejissorluq edəcək. 92-ci Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Film “Oskar”ı üçün Almaniyanı təmsil edən, 38-ci İstanbul Film Festivalının ən diqqət çəkən filmlərindən System Crasher‘a imza atan Nora Fingscheidt, Unforgiven adaptasiyasının rejissorluğunu üstlənəcək. "Quş qutusu"nun (Bird Box) ardından Sandra Bullok (Sandra Bullock) və Netflixin yenidən bir araya gələcəyi film üçün Kristofer MakKuorrinin (Christopher McQuarrie) əvvəlcədən yazdığı ssenari istifadə olunacaq. Unforgiven, şiddət cinayətindən 15 il həbsxanada yatdıqdan sonra həbsdən çıxan və buraxmaq məcburiyyətində olduğu bacısı ilə yenidən bir araya gəlmək istəyən Ruth Slater’ın həyatını mövzu götürür. Sandra Bulloklu (Sandra Bullock) Unforgiven adaptasiyasının Netflixdə nə vaxt yayımlanacağı hələ məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər