Hazırlıq müddətində yaşadığı problemlər səbəbilə təxirə salındığı düşünülən "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) remeyki, yeni bir ssenarist qrupu ilə yoluna davam edir. Remeyki, ilk "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) filminin ssenaristi Ted Elliott ilə "Çernobıl" (Chernobyl) serialının yaradıcısı Kreyq Mazin (Craig Mazin) hazırlayacaq.
Conni Deppin (Johnny Depp) baş rolunu üstləndiyi – "Karib dənizinin quldurları" (Pirates of the Caribbean), yüksək gəlir əldə edərək kassada bütün vaxtların ən uğurlu seriyaları arasına girməyi bacarmış olsa da, seriyanın son filmləri xəyal qırıqlığı yaratmışdı. Gəlirin az olması ilə yanaşı, bir də Deppin son dövrdə mübahisəli bir fiqur halına gəlməsi əlavə olununca Disney, seriya üçün remeyk hazırlamağa qərar verdi. Remeyk hazırlamaları üçünsə "Dedpul"un (Deadpool) ssenaristləri olaraq adlarını eşitdirən Rett Riz (Rhett Reese) və Pol Verniklə (Paul Wernick) razılaşılmışdı. Ancaq Riz və Vernikin bu ilin əvvəlində proyektdən ayrılması "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) remeykinin çəkilib çəkilməyəcəyini naməlum vəziyyətə gətirmişdi.
Daha sonra "Karib dənizinin quldurları"nın (Pirates of the Caribbean) remeyki Kreyq Mazinlə (Craig Mazin) Ted Elliotta etibar edildi. Riz və Vernikin ayrılıq qərarının ardından "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) tərəfində hər hansı bir inkişafın olmaması, Disney’in proyekti təxirə saldığı kimi qəbul edildi. Ancaq studiya "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) seriyasını böyük ekrana qaytarmağa qərarlıdır. The Hollywood Reporter’ın xəbərinə görə remeykin hazırlanması üçün bu il böyük səs gətirən "Çernobıl" (Chernobyl) serialının yaradıcısı Kreyq Mazinlə (Craig Mazin) razılaşıldı. Mazin remeykin ssenarisini ilk "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) filminin ssenaristi olan Ted Elliottla birlikdə qələmə alacaq.
Mazin və Ted Elliottun birlikdə hazırlayacağı "Karib dənizinin quldurları"nın (Pirates of the Caribbean) remeyki haqqında bilinənlər olduqca məhdud olsa da, Conni Deppin (Johnny Depp) bu remeykin bir parçası olmayacağı məlumdur. Depp ilə bütövləşən Kapitan Jack Sparrow olmadan necə bir "Karib dənizinin quldurları" (Pirates of the Caribbean) filminin ortaya çıxacağını gözləyib görəcəyik.