Teylor Kitç, Nil Blomkampın Yeni Filmi "Inferno"da Rol Alacaq!

29 Oktyabr, 2019


Waco, Con Karter (John Carter), True Detective, "Vəhşilər" (Savages) kimi proyektlərlə tanınan Teylor Kitç (Taylor Kitsch), Nil Blomkapmın (Neill Blomkamp) elmi-fantastik janrındakı yeni filmi Inferno’da rol alacaq. Filmin çəkilişləri gələn il başlayacaq.

İlk uzunmetraj filmi "9-cu Dairə" (District 9) ilə böyük səs gətirməsinə rəğmən daha sonra çəkdiyi Elizium (Elysium) və "Robot Çappi" (Chappie) filmləri ilə xəyal qırıqlığı yaradan, hətta bir dövr film çəkməyə ara verib, qurucusu olduğu prodakşn şirkəti Oats Studios‘un təcrübə üçün qısa filmlərinin rejissoru olan Nil Blomkapmın (Neill Blomkamp), keçən aylarda bir müddətdir üzərində çalışdığı RoboCop Returns’dən ayrıldığını açıqlamış və qorxu janrındakı yeni filmi üçün hazırlıqlara başladığını eşitdirmişdi.

Bu qorxu janrındakı filmiylə bağlı ortaya çıxan yeni detallar, filmin eyni zamanda elmi-fantastik janrları da içinə qatacağını göstərir. Inferno adını daşıyan film baş rol aktyorunu da tapdı.

Картинки по запросу Taylor Kitsch To Star in Sci-Fi Thriller ‘Inferno’ From Neill Blomkamp

Deadline’ın xəbərinə görə "X-Adamlar: Rosomaha. Başlanğıc" (X-Men Origins: Wolverine) filmində rol aldıqdan sonra BattleshipCon Karter (John Carter) kimi mənfi rəylər alan filmlərlə qarşımıza çıxan, sonrasında True DetectiveWaco kimi uğurlu seriallarla adını geniş kütlələrə eşitdirən Teylor Kitç (Taylor Kitsch), Nil Blomkapmın (Neill Blomkamp) yeni filmi Inferno’da rol alacaq.

Filmdə Kitç, New Mexico çölündə görünüşdə adi bir cinayəti araşdırmaq üçün çağrılan bir polisi canlandıracaq. FBI’ın hadisəyə daxil olması, bəlkə də dünyadan kənarda bir şeyin bu cinayətə daxil olduğu mövzusunda şübhə yaradacaq. Qatilin ovu, cinayətə şahid olan birini yox etmək üçün heçbir şeydən vaz keçməyəcək insana bənzər bir canavarla üz-üzə qalmasını təmin edəcək.

Картинки по запросу Taylor Kitsch films

Mövzusu ilə maraq oyandıran filmin çəkilişləri gələn ilin əvvəlində başlayacaq. Çox diqqət çəkici hesab etdiyi mövzular və konseptlərlə dolu bir film çəkəcəyi üçün özünü çok şanslı hiss edən Nil Blomkapm (Neill Blomkamp), görünüşə görə Elizium (Elysium) və "Robot Çappi" (Chappie) filmləriylə yaratdığı xəyal qırıqlığını aradan qaldırmaq istəyir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər