“Forsaj” Seriyalarında Rol Alması Üçün Kianu Rivzlə Görüşülür!

26 Oktyabr, 2019


“Forsaj” (Fast & Furious) seriyasının ssenaristi və prodüserləri arasında yer alan Kris Morqan (Chris Morgan), seriyada rol alması üçün peşəkar aktyor Kianu Rivz (Keanu Reeves) ilə görüşdüklərini açıqladı.

2017-ci ildə premyerası olan "Forsaj 8" (The Fate of the Furious) ilə səkkiz filmə çatan, bundan əlavə Fast & Furious Presents: Hobbs & Shaw ilə bir spin-off seriyası da başlayan “Forsaj” (Fast & Furious) seriyası böyük ekrandakı yolunu ara vermədən davam edir. Bir yandan gələn il premyerası olacaq Fast & Furious 9 üçün hazırlıqlar davam edərkən, digər yandan da sonrakı filmlər üçün ilk addımlar atılır.

Son illərdə Hollivudun ən böyük ulduzlarından birinə çevrilən Dueyn Consonun (Dwayne Johnson) beşinci filmdə seriyaya daxil olmasının ardından populyarlığı daha da artan “Forsaj” (Fast & Furious) seriyasının, aktyor heyətinə önəmli bir ad qatılmağa hazırlaşır. The Fast and the Furious: Tokyo Drift’dən bəri seriyada ssenarist olaraq yer alan, altıncı filmdən etibarən prodüser olaraq da tapşırıq almağa başlayan Kris Morqan (Chris Morgan), seriyada rol alması üçün Kianu Rivzlə (Keanu Reeves) görüşdüklərini açıqladı.

Картинки по запросу Fast & Furious Writer Has Met With Keanu Reeves About Possible Role

“Forsaj” (Fast & Furious) seriyasında rol alması üçün Kianu Rivzlə (Keanu Reeves) görüşlər davam edir. Screen Rant’e danışan Morqan, seriyada rol alması üçün Kianu Rivzlə (Keanu Reeves) görüşdüyünü açıqladı və təqvimləri uyğun gəlmədiyi üçün bu ana qədər razılaşma əldə edilməmiş olsa da aktyorla görüşlərin davam etdiyini qeyd etdi. Morqan mövzu ilə bağlı verdiyi açıqlamada: “Onunla görüşüb seriyaya daxil olması haqqında danışdıq. Fast kainatında yer almasını uzun müddətdir istəyirəm. Ən çətin olan, vaxt və toqquşan təqvimlər və sonra da birlikdə doğru bir işi qurmaqdır. Qətiyyətlə onu seriyaya daxil etməyi istəyirəm.”

Похожее изображение

Dueyn Consonla (Dwayne Johnson) Ceyson Steytem (Jason Statham) baş rollarını üstləndiyi Fast & Furious Presents: Hobbs & Shaw’da əsrarəngiz bir mənfi xarakteri canlandırması üçün təklif edilən Rivz, çəkiliş təqvimi başqa proyektləri ilə toqquşduğu üçün bu təklifi qəbul etməmişdi. Ancaq Morqanın bu açıqlamaları, peşəkar aktyoru çəkiləcək yeni “Forsaj” (Fast & Furious) filmlərində görə biləcəyimizi göstərir.

Fast & Furious 9’un çəkiliş müddətində sona gəlindiyi üçün, Rivzin bu filmdə rol alması çox da mümkün görünmür. Ancaq aktyoru seriyanın 10-cu filmində və ya Hobbs & Shaw’un davam filmində görə bilərik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər