"Pinocchio”nun Rejissoru Robert Zemekis Ola Bilər!

23 Oktyabr, 2019


Disney, uzun müddətdir hazırlıq mərhələsində olan live-action Pinocchio filminə rejissorluq etməsi üçün peşəkar rejissor Robert Zemekis (Robert Zemeckis) ilə razılaşmaq üzrədir. Son dövrdə Sindirella (Cinderella), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və Bədheybət" (Beauty and the Beast), Aladdin kimi sevilən animasiya filmlərinin live-action versiyalarını çəkən Disney, önümüzdəki dövrdə bu live-action versiyalarına yenilərini əlavə etməyə hazırlaşır. Studiyanın hazırlıq mərhələsindəki live-action yenidən çevrimlərinin başında isə Pinocchio gəlir.

Uzun müddətdir hazırlıq mərhələsində olan Pinocchio yeni versiyasının Paddinqton filmləriylə diqqət çəkən Pol Kinqin (Paul King) rejissoru olacağı gözlənilirdi. Ancaq King, bu ilin başında proyektdən ayrıldı. Eyni dövrdə, Harry Potter filmlərinin prodüseri olaraq tanınan Devid Heyman (David Heyman) da proyektdən ayrılmış olsa da filmdən vaz keçməyən Disney, Pol Kinqin (Paul King) yerini alması üçün peşəkar rejissor Robert Zemekislə (Robert Zemeckis) görüşür.

Картинки по запросу Robert Zemeckis in Talks to Direct Disney’s Live-Action ‘Pinocchio’ Movie

"Gələcəyə Geri Qayıtma" (Back to the Future), Forrest Gump, Contact kimi unudulmaz filmləri film dünyasına qazandıran, son olaraqsa 2018-ci il istehsalı Welcome to Marwen’ı rejissoru olan Robert Zemekis (Robert Zemeckis) ilə hələ rəsmi olaraq razılaşılmamış olsa da tərəflərin razılaşmağa yaxın olduğu və Zemeckis’in indidən film üçün fikirlər verməyə başladığı vurğulanır. Pinocchio Filmində Gepetto’yu canlandırması üçün Tom Henksin (Tom Hanks) adı keçirdi.

Pinocchio’nun ssenarisni Pol Kinq (Paul King), Kris Vayts (Chris Weitz) və Saymon Farnebi (Simon Farnaby) ilə birlikdə qələmə almışdı. Ancaq razılaşma əldə edilərsə Robert Zemekisin (Robert Zemeckis) yeni bir ssenarist komandası ilə birlikdə ssenaridə önəmli dəyişikliklər edə biləcəyi deyilir.

Похожее изображение

Pol Kinqin (Paul King) rejissor olaraq proyektdə yer aldığı dövrdə Gepetto rolu üçün peşəkar aktyor Tom Henksin (Tom Hanks) adı keçirdi. Proyektdə yaşanan ayrılıqların ardından Henks də fərqli proyektlərə yönəlmiş olsa da Robert Zemekis (Robert Zemeckis) ilə razılaşma əldə edilərsə Henks yenidən proyektə daxil ola bilər. Necə ki, Robert Zemekis (Robert Zemeckis) və Henks daha əvvəl birlikdə Forrest Gump"Həyatdan təcrid olunmuş" (Cast Away) kimi bir çox proyektdə yer almış, bu ortaqlıq hər ikisi üçün də olduqca yaxşı nəticə vermişdi.

Digər yandan Gilyermo del Toro (Guillermo del Toro) da özünün Pinocchio filmi üçün hazırlıqlarını davam etdirir. Netflix çatısı altında hazırlanan bu versiya stop-motion texnikası ilə çəkilmiş bir animasiya olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər