Robert Zemekis

Robert Zemekis

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Robert Zemekis 14 may 1952-ci ildə Çikaqoda (ABŞ) anadan olub. “Ən yaxşı rejissor” kateqoriyasında “Oskar” mükafatı laureatıdır. “Forrest Qamp”, “Əlaqə”, “İtgin”, “Dovşan Roceri kim aldadıb”, “Gəzinti” və “Gələcəyə qayıdış” trilogiyasının rejissoru kimi tanınır. Çikaqoda kasıb ailədə böyüyüb. Atası Litvalı, anası italiyalıdır. Hər ikisi fəhlə sinfinin nümayəndələri və katolik olublar. Zemekis təhsilini Kristian Fenqerin Akademiyasında alıb. O bu barədə bu sözləri deyib: “Həqiqətən də, mənim ailəmdə incəsənətə yer olmayıb. Demək istəyirəm ki, nə musiqi, nə kitab, nə də teatr olmayıb. Yeganə ilham mənbəyim televiziya olub. ”Zemekis televizora baxmağı çox sevib və bir gün valideynlərində 8-millimetrlik həvəskar kameranı tapması onun rejissor karyerasının demək olar ki, təməlini qoyub. Əvvəl dost-tanışın və sifarişlə başqa ailələrin ad günlərini, şənliklərini lentə alıb. Sonradan dostları ilə qısametrajlı bədii filmlər çəkməyə başlayıb və bu filmlərə kukla animasiyası və digər xüsusi effektləri də inteqrasiya edə bilib. Film çəkilişlərindən həzz alsa da, televiziya yenə də onun ən arzuolunan məfhum olub. “Deyirlər televizor çoxsaylı problemlərə yol açır, bunu tez-tez eşitmək olur, ancaq düşünürəm ki, mənim əksinə həyatımı televiziya xilas edib". Kinematoqrafiya məktəbinin olduğunu Conni Karsonun gecə şoularından birində öyrənir. “Bonni və Klayd” filmi onda o qədər müsbət təəssüratlar yaradır ki, qəti şəkildə həmin məktəbə daxil olmağı qərara alır. 1972-ci ildən kino fəaliyyətinə ("Lift" filmi ilə) başlayır. Daha sonra ona şöhrət qazandıran onlarla blokbasteri ərsəyə gətirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Zemeckis


 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç