Adam Drayverli "The Report" Filmindən Yeni Treyler Yayımlandı!

22 Oktyabr, 2019


Sundance Film Festivalında bəyənildikdən sonra Amazon tərəfindən 14 milyon dollara satın alınan “The Report”dan yeni treyler yayımlandı. Adam Drayver (Adam Driver), Annett Beninq (Annette Bening), Con Hemm (Jon Hamm) və Michael C. Hall’u bir araya gətirən film, 29 noyabrda Amazon Prime Video’da yayımlanacaq.

İlin əvvəlində təşkil oluanan Sundance Film Festivalında adından söz etdirməyi bacaran filmlərin bu momentumu il sonuna qədər qoruyub “Oskar” yarışında təsirli olması olduqca çətin olsa da, arada bunu bacaran filmlər də görə bilirik. Necə ki, bu il də Sundance Film Festivalında dünya premyerasını etdiyi gündən bəri adından təriflə söz etdirən The Report, mükafat sezonuna girdiğimiz bu günlərdə yarışın içində yer alan filmlər arasında sayılır.

Похожее изображение

The Report, The Bourne Ultimatum’la yanaşı Stiven Soderberq (Steven Soderbergh) imzalı The Informant!, Contagion"Əlavə Təsirlər" (Side Effects) kimi filmlərin də ssenarisini qələmə alan Skott Z.Börnsün (Scott Z. Burns) The Half Life of Timofey Berezin’dən sonar rejissor kürsüsünə oturduğu ikinci filmdir. Sundance Film Festivali’nda bəyənilən film, Amazon’un haqlarını satın almaq üçün 14 milyon dollar ödəməsi ilə festival tarixinin ən bahalı razılaşmalarından birinə mövzu oldu.

Siyasi gerginlik janrındakı film, CIA’in terror şübhəlilərindən məlumat almaq üçün tətbiq etdiyi insanlıqdan kənar metodları üzə çıxarmaq üçün illərcə məşğul olan Daniel Jones’u mərkəzinə alır. Filmdə, gerçəkləri açığa çıxarmaq istəyən Daniel Jones ilə xalqdan gerçəkləri saxlayaraq gücü əlində tutmağa çalışan CIA və Ağ Ev arasında yaşanan mübarizə danışılır.



Adam Drayver (Adam Driver, Annett Beninq (Annette Bening), Con Hemm (Jon Hamm) və Michael C. Hall kimi adların aktyor heyətində yer aldığı filmin prodüserləri arasında daha əvvəl Skott Z.Börns (Scott Z. Burns) ilə bir çox filmdə çalışan Stiven Soderberq (Steven Soderbergh) də var.

Son illərdə Manchester by the Sea, The Big SickThe Salesman kimi filmlərlə “Oskar” yarışında təsiri olan Amazon, bu il də The Report ilə bu yarışda adından söz etdirəcək kimi görünür. ABŞ-da 15 noyabrda premyerası olacaq film, 29 noyabrda da Amazon Prime Video’da yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər