Annett Beninq

Annett Beninq

Aktrisa

BİOQRAFİYA

Annett Kerol Beninq 29 may 1958-ci ildə Kanzas ştatının Topik şəhərində anadan olub. Dörduşaqlı ailənin sonbeşiyidir. Gələcək aktrisanın anası, Şirli Eşki kilsə müğənnisi işləyib. Atası Arnett Qrant Beninq satış üzrə məsləhətçi və sığorta agenti olub. Erkən uşaqlıq illərini Beninq Viçit şəhərində keçirib (ailəsi ora 1959-cu ildə köçüb). Debütünü “Musiqinin səsləri” adlı müziklın səhnəsində gerçəkləşdirib. 1975-ci ildə "PatrickHenry High School" orta məktəbini bitirib, dram üzrə kurslara gedib. Daha sonra təhsilini "San Diego Mesa" kollecində, ardınca isə San-Fransisko Universitetində davam etdirib. Kinoda debütü isə “Təbiətin qoynunda” komediyasında baş tutub. Ona ilk uğur gətirən işi – iki il sonra ekranlara çıxmış “Dələduzlar” kriminal dramı olur. Həmin filmdə Con Küsak və Ancelika Hyüston kimi ulduzlar çəkilib. Aktrisa beləcə ilk “Oskar” və BAFTA nominasiyalarını qazanır. 1991-ci ildə isə karyerasının ən yadda qalan filmi sayılan “Baqsinin” çəkilişlərinə qatılıb. Gələcək həyat yoldaşı Uorren Bittinin prodüseri olduğu filmə aktrisa baş rola çəkilib. Filmdə yaratdığı Virciniya Hill obrazına görə (30-40-cı illərin amerikalı qanqsteri Baqsi Siqelin məşuqəsi) Beninq “Qızıl Qlobus” mükafatına nominasiya qazanıb. 1994-cü ildə həyat yoldaşı Bitti ilə birgə “Sevgi hekayəsi” dramına çəkilir. Beləcə karyerasında sürətli yüksəliş dövrü başlayır. “III Riçard”, “Amerika prezidenti”, “Mars hücuma keçir”, “Mühasirə” kimi yüksək reytinqli filmlərdə rol alır. “Qızıl Qlobus” və BAFTA mükafatları laureatı, dördqat “Oskar” mükafatı nominantıdır. Daha çox “Baqsi”, “Sevgi hekayəsi”, “Mars hücuma keçir”, “Valmon”, “Amerikansayağı gözəllik”, “Teatr”, “Qadınlar” və “Uşaqlar qaydasındadır” filmlərində oynadığı rollara görə tanınır. Şəxsi həyatına gəlincə aktrisa 1984-cü ildə xoreoqraf Cey Stiven Uayta ərə gedib. Onların arasındakı nikaha 1991-ci ildə rəsmən xitam verilib. 1992-ci ildə Beninq aktyor və rejissor Uorren Bitti ilə ailə qurub. Cütlüyün dörd övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BD%D0%B8%D0%BD%D0%B3,_%D0%90%D0%BD%D0%BD%D0%B5%D1%82%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç