Stiven Soderberq
Kinorejissor, prodüser, operator, montajçı, ssenarist
Stiven Soderberq 14 yanvar 1963-cü ildə Atlanta şəhərində (Corciya ştatı, ABŞ) anadan olub. Rejissor "Kleopatra" rok-operasını çəkmək niyyətini açıqlayanda aktrisa Ketrin Zeta-Cons filmdə Misir kraliçasını oynamağa razılıq verir. Soderberqin planında 1987-ci ildə QİÇS-dən ölən pianoçu və şoumen Liberaçe barəsində film çəkmək də olub. Stiven Soderberq "Trafik", "Erin Brokoviç", "Solyaris" və "Ouşenin 11 rəfiqəsi" kimi filmləri ilə məşhurdur. Amerikalı Stiven Soderberq həm müəllif, həm də kommersiya filmlərinin müəllifidir. Onun "Seks, yalan və video" dramı 1989-cu ildə Kannda "Qızıl palma budağı" mükafatını alıb. Soderberq dahi italyan rejissoru Mikelancelo Antonioni ilə bərabər "Eros" layihəsində də çalışıb. Rejissor inqilabçı Ernesto Çe Gevara haqqında "Çe" filmini ekranlaşdırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stiven_Soderberq