Ben Afflek "Falling to Earth" Filmində Rol Alacaq!

21 Oktyabr, 2019


Ben Afflek (Ben Affleck), 1926-cı ildə baş verən və Amerika tarixində yaşanan ən ölümcül qasırğanın ardından yaşananları mövzu götürən Falling to Earth’ün baş rolunda yer alacaq.
Rejissorluğunu üstləndiyi filmlərlə karyerasını yenidən canlandıran və son dövrdə Batman v Superman: Dawn of Justice, The Accountant, "Üçqat sərhəd" (Triple Frontier) kimi filmlərlə izləyicilərin qarşısına çıxan Ben Afflek (Ben Affleck), bir yandan rejissor olaraq karyerasını davam etdirərkən, digər yandan da diqqət çəkici proyektlərdə rol almağa davam edir. Qısa müddət əvvəl Ridli Skottun (Ridley Scott) yeni filmi The Last Duel’də Mett Deymon (Matt Damon) ilə birlikdə rol alacağı açıqlanan Ben Afflek (Ben Affleck), indi də Falling to Earth‘ün aktyor heyətinə daxil oldu.

Картинки по запросу ben affleck films

Kate Southwood’un eyniadlı romanından adaptasiya olunan Falling to Earth, 1926-cı ildə baş verir və Amerika tarixində ən ölümcül qasırğayı mövzu götürür. Hekayənin mərkəzində isə, yaşanan bu ağla gəlməyən dağıntıdan zərər görmədən xilas olan Paul Graves (Ben Affleck) yer alır. İnsanların sevdiklərini və bütün varlıqlarını itirdikləri bu fəlakətdən ailəsi, evi və işi zərər görmədən xilas olan Graves, bu səbəbdən yaşadığı kiçik qəsəbədə insanların hədəfi halına gəlir. Ben Ben Afflek (Ben Affleck) və Mett Deymon (Matt Damon), Falling to Earth’ün prodüserləri arasında yer alacaq.

Похожее изображение

Ben Afflekin (Ben Affleck) eyni zamanda prodüserliyini də üstləndiyi filmin prodüserləri arasında Afflekin yaxın dostu olan, birlikdə bir çox proyektə imza atdığı Mett Deymon (Matt Damon) da yer alır. Filmin ssenarisini "Yuxusuzluq" (Insomnia) və Eagle Eye kimi proyektlərlə tanınan Hillary Seitz qələmə alır. Rejissor kürsüsündə kimin oturacağı isə hələlik naməlumluğunu qoruyur.

Təbii fəlakətdən sonra yaşananları olduqca qeyri-adi bir nöqtədən yanaşaraq danışması ilə diqqət çəkən Falling to Earth’ün aktyor heyətində Affleklə yanaşı digər adların qısa müddət sonra dəqiqlik qazanması gözlənilir. Filmin premyera tarixi isə hələ naməlumluğunu qoruyur.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər