Samara Uivinq "İlan Gözləri"nin Scarlett'i Olacaq!

17 Oktyabr, 2019


G.I. Joe spin-off'unun aktyor heyətinə bir ad daha əlavə olundu. G.I. Joe kainatını genişlədəcək  spin-off filmi "İlan Gözləri"nin (Snake Eyes) aktyor heyətinə yeni bir ad əlavə olundu. Bu ad isə Ready or NotBabysitter'ın ulduz aktrisası Samara Uivinq (Samara Weaving) oldu. Samara Uivinqin (Samara Weaving) Scarlett rolunu canlandırması planlanır.

Paramount Pictures içində inkişaf etdirilən və G.I. Joe: Rise of Cobra ilə başlayan və "G.I. Co: Qisas"la (G.I. Joe: Retaliation) davam edən kəskin janrlı filmi seriyasının yeni spin-off filmi olan "İlan Gözləri"nin (Snake Eyes) aktyor heyətinə The Babysitter ilə karyerasına önəmli bir giriş edən və Picnic At Hanging Rock, Ready or Not kimi proyektlərlə ulduzu parlayan aktrisa Samara Uivinq (Samara Weaving) əlavə olundu. Aktirasanın canlandıracağı rol isə Scarlett olacaq. G.I. Joe komikslərində gerçək adı Shana M. O'Hara olan Scarlett, bir kəşfiyyat agentidir. Scarlett'ın komandasında digər agentlərdən daha üstün olduğu deyilir. Ancaq eyni komandada olan "İlan Gözləri" (Snake Eyes), Scarlett'ın özünü yenməsinə icazə vermişdi.

Картинки по запросу ‘G.I. Joe’ Spin Off ‘Snake Eyes’ Adds ‘Ready or Not’ Samara Weaving

Filmdə yer alacağı məlum olan xarakterlər arasında ScarlettSnake Eyes'la yanaşı The Baroness, Hard MasterStorm Shadow da var. The Baroness'e La Casa De Papel'in ulduz aktyoru Ursula Corbero həyat verəcəkkən, Snake Eyes olaraq Henry Golding'i izləyəcəyik. Snake Eyes'ın rəqibi Storm Shadow olaraq Andrew Koji'yi; Storm Shadow'un əmisi olan və Arashikage ninzalarının başında yer alan the Hard Master olaraq isə İko Uaysı (Iko Uwais) görəcəyik.

Картинки по запросу ‘G.I. Joe’ Spin Off ‘Snake Eyes’ Adds ‘Ready or Not’

Snake Eyes'ın rejissorluğunu Red, The Captain, "Üsyançılar" (Insurgent), Allegiant kimi proyektlərdən tanıdığımız Robert Şventke (Robert Schwentke) üstlənir. Ssenaridə isə "Gözəl və Bədheybət" (Beauty and The Beast) və Charlie's Angels'ın ssenaristi Evan Spiliotopoulos'un imzası olacaq. Digər yandan G.I. Joe seriyası da Ever Vigilante filmiylə davam edəcək.

"İlan Gözləri"nin (Snake Eyes) mövzusu isə belə olacaq: "İlan Gözləri"(Snake Eyes), qılınc və bıçaq kimi silahların istifadəsində ölümcül istedadları olan bir ninza savaşçısını mövzu götürür. Döyüş ustası olduğu üçün silahsızkən də son dərəcə təhlükəli olan Snake Eyes, G.I. Joe komandasına qatılması üçün işə götürülür. Xarakterin keçmişi çox yaxşı bilinir. Ancaq bir vertolyot qəzasında yaşananların ardından danışıq qabilliyyətini itirdiyi bilinir. "İlan Gözləri" (Snake Eyes)16 oktyabr 2020-ci ildə izləyicilərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər