İko Uays

İko Uays

Aktyor

BİOQRAFİYA

İko Yuvays (əsl adı – Yuvays Qorni) 12 fevral 1983-cü ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub. İslam dininə etiqad edir. 10 yaşından etibarən İndoneziyanın milli döyüş növü olan “pençak silat”la məşğul olub. 2003-cü ildə ümumşəhər turnirində üçüncü yerə çıxıb. 2 il sonra isə “pençak silat” üzrə İndoneziya çempionu olub. Elə həmin pençak silat komandasının heyətində Böyük Britaniya, Rusiya və Azərbaycana baş çəkib. 2007-2008-ci illərdə Kambodca və Fransada bu idman növünün populyarlaşdırılması ilə bağlı tədbirlərdə iştirak edib. 2007-ci ildə rejissor Qaret Evansla görüşü hər ikisinin karyerasında dönüş nöqtəsinə səbəb olur. Pençak silat haqqında sənədli film hazırlayan Evans onun döyüş bacarıqlarına heyran olaraq onu “Merantau” filminə baş rola dəvət edir. 2011-ci ildə isə hər ikisinə dünya şöhrəti gətirmiş “Reyd” kriminal döyüş filminə çəkir. Daha çox “Merantau” (2009), “Reyd” (2011), “Reyd 2” (2014) filmlərində oynadığı rollara görə tanınır. 2015-ci ildə “Ulduz Müharibələri: Qüvvənin oyanışı” (2015) filmində epizodik rol (Han Solonun gəmisində qaçaqmalçı) oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%BA%D0%BE_%D0%AE%D0%B2%D0%B0%D0%B9%D1%81

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç