M.Vasikovska və D.Herrimanlı "Judy & Punch"ın Treyleri Çıxdı!

10 Oktyabr, 2019


Baş rollarında Mia Vasikovska (Mia Wasikowska) və Damon Herriman’ın yer aldığı, dünya premyerasını 2019 Sundance Film Festivalında edən Judy & Punch’dan treyler yayımlandı.

"Alisa möcüzələr diyarında" (Alice in Wonderland), "Ceyn Eyr" (Jane Eyre), Stoker, "Tünd qırmızı zirvə" (Crimson Peak) filmlərindəki diqqət çəkən performanslarıyla özünü sübut edən Mia Vasikovska (Mia Wasikowska) və həm Kventin Tarantinonun (Quentin Tarantino) son filmi "Bir dəfə hollivudda" (Once Upon a Time in Hollywood) həm də Devid Finçer (David Fincher) imzalı Netflix serialı Mindhunter’ın 2-ci sezonunda Charles Manson’ı canlandıran Damon Herriman, ənənəvi kukla teatrını yenidən şərh edən Judy & Punch filmi üçün bir araya gəlir.

Judy & Punch

Film, dəniz kənarında, reallıqda var olmayan bir sahil qəsəbəsində keçir və iki kuklaçı olaraq yaşayışlarını davam etdirən JudyPunch cütlüyünü hədəf nöqtəsinə alır. Gerçəkləştirdikləri kukla oyununu yenidən canlandıran ikili, bir yandan içində yaşadıqları qəsəbədən qurtulmaq istəyərkən digər bir yandan da tamaşanı sərgilədikcə mənfəətlərinin çatışdığı bir nöqtəyə gəlir.



2019 Sundance Film Festivalında premyerasını edən Judy & Punch’dan treyler yayımlandı. Judy & Punch, dünya premyerasını 2019 Sundance Film Festivalının Dünya Film Yarışma Filmləri bölməsində etdi. Daha çox aktyorluğu ilə tanıdığımız, 2012-ci ildə qısa filmlərlə başladığı rejissorluq karyerasını bir uzun metrajla taclandıran Mirrah Foulkes, Judy & Punch’ın rejissoru və ssenaristi olaraq qarşımıza çıxır. Filmin aktyor heyətində Benedikt Hardi (Benedict Hardie), Eddi Baru (Eddie Baroo), Tom Budge, Virginia Gay kimi adlar da yer alır. Filmin İngiltərədə 22 noyabrda premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər