Eddi Baru
Aktyor
Eddi Baru 25 sentybar 1968-ci ildə Avstraliyanın Qilonq şəhərində dünyaya göz açıb. “Stodgewood” rok qrupunda çıxış edib. 1997-ci ildə “Cherry Red” studiyası (Britaniya) ilə müqavilə bağlayaraq, futbol mövzusunda olan mahnılar üçün 3 albom buraxıb. 30 yaşından etibarən aktyorluq sənətinə baş vurub. İlk rolunu ABC telekanalının “Havaya nəisə olub” filmində oynayıb. Daha sonra “Mavi dabanlar”, “Stingerlər”, “Tələsik” və digər sabun operaları və seriallarda qonaq rollara çəkilib. Böyük kinoda ilk uğurlu rolu “Kabus sürücü” (Ghostrider) filmində oynadığı rol sayılır. Çəkiliş meydançasında tərəf-müqabillər Nikolas Keyc və Eva Mendes kimi məşhurlar olub. Daha sonra Baz Lurmanın epik “Avstraliya” macəra dramında “Bull” rolunu oynayıb; Hyu Cekman və Nikol Kidmanla çiyin-çiyinə çəkilib. 2014-cü ildə “Silahın oğlu” kriminal dramında həbsxanadan qaçmış məhbus rolunu oynayıb. Filmdə yaxın dostu Brenton Tueyts baş rola çəkilib. Ümumilikdə karyerası ərzində 58 televiziya/bədii film və serial rolu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: