Klint İstvudun "Richard Jewell” Filminin Treyleri Yayımlandı!

05 Oktyabr, 2019


Klint İstvudun (Clint Eastwood) Paul Walter Hauser, Sem Rokuell (Sam Rockwell), Oliviya Uayld (Olivia Wilde) və Con Hemmli (Jon Hamm) yeni filmi Richard Jewell’dan ilk treyler və kadrlar yayımlandı. Filmin, bu il mükafat sezonunda premyerası olacaq.

Unforgiven, Million Dollar Baby, Mystic RiverGran Torino kimi uğur qazanan filmlərə imza atan peşəkar rejissor Klint İstvud (Clint Eastwood), bu il yeni filmi Richard Jewell ilə filmsevərlərin qarşısına çıxacaq.



Shattered Glass, BreachKapitan Fillips (Captain Phillips) kimi filmlərin “Oskar” namizədi ssenaristi Billi Reyin (Billy Ray) ssenarisini qələmə aldığı Richard Jewell, bir mühafizəçisi olan Richard Jewell’ın haqqında yayımlanan əsilsiz bir xəbərə görə 1996-cı ildə Yay Olimpiyadalarındakı terror aktı günahkarı olaraq görülməyə başlamasıyla yaşadıqlarını mövzu götürür. Yerli bir qəhrəmankən bir anda Amerikanın ən nifrət edilən insanına çevrilən Jewell’ın hekayəsi, məsuliyyətsizcə edilmiş bir xəbərin nə qədər təhlükəli ola biləcəyini göstərməsi baxımından böyük önəm daşıyır.



Filmdə Jewell’ı "Mən Tonyayam" (I, Tonya) və "Qara Ku-Kluks-Klan Üzvü" (BlacKkKlansman) kimi filmlərlə diqqətləri üzərinə çəkən Paul Walter Hauser canlandırır. Aktyor heyətində Hauser’a Sam Rockwell, Oliviya Uayld (Olivia Wilde), Con Hemm (Jon Hamm), Keti Beyts (Kathy Bates) və Nina Arianda kimi adlar iştirak edir.

Çəkilişlərinə iyun ayında başlanan Richard Jewell’ın çəkilişlərini sürətlə tamamlayan İstvud, yeni filmi ilə mükafat sezonunda adından söz etdirəcək kimi görünür. Yani film ABŞ-da 13 dekabrda, yani tam mükafat sezonu ərəfəsində premyerası olacaq. Million Dollar Baby, "Dəyişmə" (Changeling), Amerikalı Snayper (American Sniper) kimi filmlərlə “Oskar” yarışında təsirli olan İstvud, son bir neçə filmi ilə eyni təsiri yarada bilməmiş olsa da Akademiyanın İstvud filmlərinə nə qədər isti münasibət göstərdiyi göz önünə alındığında rejissorunun yeni filminin də bu yarışda söz sahibi ola biləcəyini göz önünə almamız lazım gəlir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər