Klint İstvud

Klint İstvud

Aktyor, kinorejissor, bəstəkar, prodüser

BİOQRAFİYA

Klinton İstvud (kiçik) 31 may 1930-cu ildə San-Fransiskoda (ABŞ) anadan olub. Özünün dediyi kimi, böyük depressiya dövründə anadan olub: "Yadımdadır, o vaxtlar atam daim iş axtarışında idi. Bir yerdə daim qalmırdıq. Dörd ay bir şəhərdə, altı ay bir şəhərdə, səkkiz ay bir şəhərdə. Beləliklə, daim “yeni qonşu” olurdum”. Klint gənc yaşlarından musiqiçi olmağı arzulayıb. Lakin hərbi xidmətə çağırış Klintin musiqiyə olan sevgisinə mane olur. Orduda Klint kinoya maraq göstərməyə başlayır. Hərbi xidmətdən sonra İstvud İqtisad Universitetinə daxil olur və eyni vaxtda kastinqlərdə iştirak edir. Hündür və yaraşıqlı gənc, tez bir zamanda nəzərə çarpır və Klint "vestern" filmlərdə epizodik kovboy rollarına dəvət olunur. 34 yaşında Klint İstvud o dövrdə az tanınmış Serco Leonenin “Bir neçə dollar üçün” vesternində baş rola dəvət alır. Film uğur qazanır, İstvud-Leone iş birliyinin davam etdirilməsinə səbəb olur. Beləliklə, növbəti illərdə kinematoqrafiyanın klassikinə çevrilən “Yaxşı, pis və qəddar” filmində çəkilir. 1971-ci ildə eyniadlı filmdə Çirkli Harrio obrazını canlandırır. 1986-cı ildə 56 yaşlı Klint rejissorluq debütü olaraq “Qəlbiqırıqlar aşırımı” hərbi dramını ekranlaşdırır. Məhsuldar aktyor ildə bir kino çəkməyə başlayır. 1988-ci ildə İstvud məşhur cazmen Çarli Parker haqqında “Quş” filmini çəkir. 1990-cı ildə müxtəlif mükafatlara layiq görülən “Ağ ovçu, qara ürək” və “Yeni oğlan” filmlərinə quruluş verir. 1992-ci ildə "Ən yaxşı film" və "Ən yaxşı rejissor" kateqoriyasında "Oskar" mükafatına layiq görülmüş “Bağışlanmaz” filmini ekranlaşdırır. Klint yaxşı aktyor olmaqla yanaşı, peşəkar rejissor kimi də tanınıb. Onun yaxşı işləri arasında “Kosmik kovboy” (2000), “Milyon dollarlıq qız” (2004), “Dəyişmə” (2008), “Qran Torino” (2008), “Məğlubedilməz” (2009), “Cey Edqar” (2011) filmlərini misal gətirmək olar. 2014-cü ildə “Cersidən olan oğlan” və “Amerikalı snayper” kimi filmləri təqdim edir. “Amerikalı snayper” altı kateqoriyada "Oskar"a namizəd olsa da, yalnız "Ən yaxşı səs montajına görə" "Oskar" qazanır. 1995-ci ildə İstvud kinematoqrafiyaya verdiyi töhfəyə görə "Oskar"a layiq görülür. 87 yaşlı İstvud rejissorluq və aktyorluq karyerasını davam etdirir. 1986-88-ci illər arası Karmel şəhərinin (Kaliforniya) meri olub. Klint İ. formal olaraq iki dəfə evli olub, yeddi uşağı var. 1964-cü ildə aktyorun rəqqasə Roksana Tunislə qısamüddətli "romanından" qızı Kimber Linn İstvud doğulub. 1978-ci ildən 14 il ərzində aktrisa Sondra Lokkla vətəndaş nikahında yaşayır. Bu müddət ərzində Sondra Klint İstvudun bir neçə filmində çəkilir, hətta İstvud onun iki filminə prodüserlik edir. 1990-cı ildə onlar ayrılırlar və Sondra Lokk İstvuda qarşı 1,3 milyon dollarlıq vəsatət qaldırır. Bundan əlavə, qadın təkid edirdi ki, Klint İstvud onu iki dəfə abort etməyə və uşaqlıq borularını bağlamağa məcbur edib. Lakin 1999-cu ildə onlar problemlərini özləri öz aralarında həll edirlər. Hələ məşhur olmazdan əvvəl, 1953-cü ildə Klint İstvud aktrisa Mrggi Conconla evlənir, lakin 1984-cü ildə rəsmi olaraq ayrılırlar. Bu nikahdan onların iki övladı var - Kayl Minoq adlı oğul (1968) və Elison İstvu adlı qız (1972). 1985-ci ildə Jaklin Riz adlı qadınla tanış olur və üç il onunla evli qalır. Bu nikahdan Skott İstvu adlı oğlu (1986) və Ketrin İstvud adlı qızı (1988) dünyaya gəlir. 90-cı illərin əvvəllərində aktrisa Frensis Fişer adlı aktrisa ilə görüşməyə başlayır və Fişer ona Françeska Rut Fişer-İstvud adlı qız övladı doğur (1993). 1996-cı ildə İstvud özündən 35 yaş cavan Dina İstvudla ailə qurur. Bu nikahdan aktyorun daha bir qızı - Morqan İstvud dünyaya gəlir (1996). Klint və Dina 2013-cü ilə qədər bir yerdə yaşayırlar. Həmin ilin oktyabrında Dina aralarındakı fikir ayrılıqlarını əsas gətirərək, boşanmaq üçün məhkəməyə müraciət edir. "People" jurnalının məlumatına görə, hələ boşanmazdan əvvəl 83 yaşlı İstvudun özündən 41 yaş cavan Erika Fişerlə yeni "roman"ı başlayıb. Klint İstvud rejissorluq və aktyorluqdan savayı, cazla da maraqlanır. Hətta öz filmlərindən bəzilərində bəstələdiyi kompozisiyalar səslənir. Bundan başqa, o həmçinin uğurlu iş adamıdır - Karmel şəhərində (Kaliforniya ştatı) "Mission Ranch" adlı restoranı və oteli var. Kinodakı səhnələrinə baxmayaraq, Klint İstvud hələ cavan yaşlarından siqaret çəkmir. O həmçinin sertifikasiyalı pilotdur: tıxaclardan qaçmaq üçün çəkilişlərə şəxsi helikopteri ilə gedir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Clint_Eastwood


FİLMOQRAFİYA
Rejissor
Prodüser
Bəstəkar
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç