Sem Rokuell

Sem Rokuell

Aktyor

BİOQRAFİYA

Sem Rokuell 5 noyabr 1968-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Valideynləri - aktyor Pik Rokuell və aktrisa Penni Hess onun dünyaya gəlişindən qısa müddət sonra boşanıblar. Atası ilə qalan uşaq yayda anasının yanına gedirdi. Məhz anasının sayəsində ilk aktyorluq təcrübəsini keçir. Sem 10 yaşı olanda anası Penni Hesslə səhnəyə çıxır. Məktəbdə yaxşı oxumamağı teatra olan marağına da təsir göstərdiyi üçün valideynləri işə qarışır və "yolunu azmış" tineyceri təhsilə qaytarırlar. Sonra San-Fransiskoda ali aktyorluq məktəbinə yazılır. Oxuduğu müddət ərzində “Klounlar evi” (1988) qorxu filminə dəvət alır. Film "Sandens" müstəqil filmlər festivalında "Qran-pri"yə layiq görülür. Təhsilini başa vurduqdan sonra isə Nyu-Yorka köçür. Sem iki il Uilyam Esperin aktyorluq studiyasında istedadını artırır. Teatr tamaşalarında oynamaqla yanaşı, seriallarda epizodik rollara da çəkilir. 1994-cü ildə yüksək qonorar aldığı pivə reklamında çəkilib. ”Ay mücrüsü” (1996) filmində oynadığı Kid personajından sonra Sem Rokuell tənqidçilərin diqqətini çəkir. ”Çəmən itləri” (1997) filmində varlı ailənin 10 yaşlı qızı ilə dostlaşan kərəntiçi roluna görə Monreal və Kaliforniya kinofestivallarında “Ən yaxşı kişi rolu” mükafatına namizəd göstərilir. İki il sonra rejissor və prodüser Frenk Darabont Sem Rokuelli Stiven Kinqin romanı əsasında çəkəcəyi “Yaşıl mil” (1999) filminə dəvət edir. Film "Oskar" mükafatına namizəd olur. Bu filmdə Sem Rokuell manyak-qatil Billi canlandırır. Rokuellin karyerasının ən parlaq məqamı Corc Kluninin rejissorluq debütü olan ”Təhlükəli adamın etirafı” filmində canlandırdığı baş rol olur. Oynadığı Çak Berris roluna görə Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Sam_Rockwell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç