"El Camino: A Breaking Bad Movie’dən Yeni Treyler Yayımlandı!

25 Sentyabr, 2019


11 oktyabrda yayımlanacaq “El Camino: A Breaking Bad Movie” üçün tanıtım işlərinə sürət verən Netflix, 71-ci “Emmi” mükafat mərasimi ərəfəsində filmdən yeni bir tanıtım treyleri yayımladı.

Həyəcanla gözlənilən “Breaking Bad” filmini 11 oktyabrda yayımlamağa hazırlanan Netflix, “El Camino: A Breaking Bad Movie” adını daşıyan film üçün tanıtım işlərini davam etdirir. Jesse Pinkman’a hədəflənəcək film üçün bugünə qədər yayımladığı tanıtım treylerlərində xarakterin hansı yeniliklərlə və ya hansı formada qarşımıza çıxacağını göstərməkdən çəkinən Netflix, 71-ci “Emmi” mükafat mərasimi ərəfəsində yayımladığı yeni tanıtım treylerində isə sevilən xarakterə yer verdi. Yayımlanan bu tanıtım treylerində tənha bir yerdə saxladığı maşında xəbərlərə qulaq asan Jesse Pinkman, serialın finalında yaşanan çatışmayla bağlı xəbərə rast gəlir və polisin hadisə yerindən qaçan şüphəliyi, yəni özünü axtardığını öyrənir.

Картинки по запросу ‘El Camino’ trailer: Jesse Pinkman returns in ‘Breaking Bad’ movie

“Breaking Bad”in yaradıcısı olan Vince Gilligan‘ın yazıb, rejissoru olduğu “El Camino: A Breaking Bad Movie”, serialın finalının sonrasında başlayacaq və həm özünü əsarət altında tutan cinayətkarlardan, həm də qanundan qaçan Jesse Pinkman’ın hekayəsini danışacaq.

Jesse Pinkman’a həyat verən Aaron Polun (Aaron Paul) filmin baş rolunu üstlənəcəyi dəqiqləşərkən, serialda canlandırdığı Walter White xarakteri ilə yaddaşlara həkk olunan Brayan Krenstonun (Bryan Cranston) filmdə yer alıb almayacağı sual olaraq qalmağa davam edir. Ancaq bugünə qədər çıxan məlumatlar xarakterin filmdə yer alacağını düşünməmizi təmin edir.



Aaron Pol (Aaron Paul) və Brayan Krenstonla (Bryan Cranston) yanaşı Kristen Ritter (Krysten Ritter), Conatan Benks (Jonathan Banks), Cessi Plemons (Jesse Plemons), Charles Baker, Matt JonesRobert Forster’ın da “Breaking Bad” filmində, serialdakı rolları ilə geri qayıdacağı deyilir. “Breaking Bad” izləyənlərin bildiği kimi bu adlar tərəfindən canlandırılan xarakterlərin bəziləri serialda ölmüşdü. Bu adların yenə də film üçün geri qayıtması, eyni Better Call Saul’da olduğu kimi hekayənin keçmişlə günümüz arasında gedib gələ biləcəyini göstərir.

Bu adların filmdə yer alacağı hələ rəsmi olaraq açıqlanmamış olsa da, eyni qaynaqlardan gələn digər məlumatların təxminən hamısının gerçək olmuş olması, yayımlanan tanıtım treylerində Charles Baker’ın yer alması bu adları da filmdə görmə ehtimalımızın olduqca yüksək olduğunu göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər