Kristen Ritter

Kristen Ritter

Аktrisa, model, musiqiçi

BİOQRAFİYA

Kristen Elis Ritter 1981-ci il dekabrın 16-da Pensilvaniya ştatının (ABŞ) Şikşinni adlı şəhərciyində anadan olub. Hələ orta məktəbdə oxuyarkən, Ritter boş vaxtlarında peşəkar model karyerasına başladığı Nyu-Yorka gedirdi. 18 yaşı tamam olanda Ritter özünü model biznesinə həsr etmək üçün Nyu-Yorka köçür. Həmin dövrdə aktiv şəkildə televiziyada çəkilirdi. Ritteri bir çox jurnallarda, kataloqlarda, Milan. Nyu-York, Paris, Tokio podiumlarında görmək olardı. 2001-ci ildən başlayaraq Kristen bir neçə layihənin çəkilişlərinə dəvət alır. Diqqətçəkən rollarından biri Mayk Nyuellin “Mona Lizanın təbəssümü” melodramındakı rolu olur. 2006-cı ildə Brodvey səhnəsinə çıxır və özünü teatr aktirasası qismində sınayır. 2007-ci ildə Ritter Los-Ancelesə köçür. Sonra film və seriallara dəvətlər almaqda davam edir. Yadda qalan rollarından biri də Tim Börtonun “Böyük gözlər” dramında oynadığı DiEnn obrazıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Риттер,_Кристен

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç