“Bad Boys”un Üçüncü Filmi “Bad Boys for Life”ın Treyleri Çıxdı!

06 Sentyabr, 2019


Uill Smit (Will Smith) və Martin Lourensin (Martin Lawrence) baş rollarında yer aldığı, ilk dəfə 1995-ci ildə həyatımıza girən “Bad Boys” seriyasının üçüncü filmi “Bad Boys for Life”dan treyler yayımlandı.

Maykl Beyin (Michael Bay) rejissoru olduğu 1995-ci il istehsalı “Bad Boys” filmi, 90-cı illərin kəskin janrda olan, həmçinin komik səhnələri ilə yaddaşlarda qalan, baş rollarında yer alan Uill Smit (Will Smith) və Martin Lourensin (Martin Lawrence) bir-birinə uyğunluğu və performansları ilə diqqət çəkmişdi. İlk filmin kassada əldə etdiyi yüksək nailiyyət, davam filminin çəkilməsinə zəmin hazırladı və “Bad Boys 2”, 2003-cü ildə izləyicilərin qarşısına çıxdı.

Похожее изображение

2017-ci ildə Sony, “Bad Boys” seriyasının üçüncü filmi üçün hazırlıqlara başladığını açıqladı. “Bad Boys for Life” adındakı bu film, Uill Smit (Will Smith) və Martin Lourensi (Martin Lawrence) yenidən bir araya gətirir. Uill Smit (Will Smith) və Martin Lourensli (Martin Lawrence) “Bad Boys for Life”, 31 yanvar 2020-ci ildə premyerası olacaq.

“Bad Boys for Life”da Uill Smitin (Will Smith) canlandırdığı Mike Lowery, orta yaş sindromunu yaşayarkən; Martin Lourensin (Martin Lawrence) həyat verdiyi Marcus Burnett isə bir polis müfəttişi olaraq karyerasına davam edir. Narkotikə müharibə elan edən ikilinin başı, Armando Armas adlı narkobaron ilə bəlayə girir və ikilini macərayla dolu hadisələr silsiləsi gözləyir. Filmin aktyor heyətində Vanessa Hudgens, Alexander Ludwig, Charles Melton, Paola Nunez, Kate Del Castillo, Nicky Jam kimi adlar yer alır.

Filmin rejissorluğunu Adil El ArbiBilall Fallah ikilisi üstlənir. Filmin ssenarisini də Smokin’ Aces, Pride and Glory, "Çarpışma" (The Grey) filmlərinin ssenaristi Co Karnahan (Joe Carnahan) və Chris Bremner qələmə alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər