Kit Harrinqtonun “Marvel”dəki Rolu Məlum Oldu!

26 Avqust, 2019

Game of Thrones'un ulduzu Kit Harinqtonun (Kit Harington) Marvel kainatındakı rolu bəlli oldu. Fenomen olan HBO serialında məşhur Jon Snow xarakterini canlandıran aktyorun, Marvel Film Kainatının gözlənilən yeni filmi The Eternals'da yer alacağı dəqiqləşdi. Beləcə məşhur aktyor, “Game of Thrones”“Bodyguard” seriallarından tanıdığımız bacarıqlı isveç aktyoru Riçard Meddenlə (Richard Madden) yenidən bir proyektdə bir araya gəlmiş olacaq.

Məşhur aktyor filmdə, Black Knight olaraq bilinən fizik Dane Whitman'ı canlandıracaq. Komiksdəki Black Knight'ın kökləri Kral Arthur dövrünə qədər uzanır. Komiksdə Dane’nin atası olan orijinal Kara Cəngavər əslində Scandia’nın Sir Percy'si, Yuvarlaq Masa Cəngavəri və Camelot’un ən böyük döyüşçüsüdür. Ancaq, Sir Percy’nin nəslindən gələnlərin hamısı seçilmiş qəhrəmanlar  olmamışdı. Dane’nin əmisi Nathan Garrett, Iron Man’la döyüşündə ölümcül bir şəkildə yaralananadək, düşmanı Black Knight’ idı. Ancaq son nəfəsində Dane'in Black Knight adını təmizləməsini və yaxşılıq üçün döyüşməsini istəmişdi.

Картинки по запросу ‘Game Of Thrones’ Star Kit Harington To Join The Marvel Cinematic Universe

"Məhv olmus həyat" (Girl, Interrupted), "Malefisenta" (Malefiz) kimi filmlərdə izlədiyimiz “Oskar” və üç “Qızıl Qlobus” mükafatlı Ancelina Coli (Angelina Jolie), HBO'nun sevilən serialı “Silicon Valley”nin Dinesh’i olaraq tanıdığımız Kumail Nanjiani, 2016-cı ildə proyekti “Zombi Ekspresi”ndə izlədiyimiz Ma Dong-seok, Frida, Desperado, After The Sunset, Bir Vaxtlar Meksika’da kimi proyektlərdə yer alan peşəkar aktrisa Salma Hayek, Lia McHugh, Lauren RidloffBrian Tyree Henry də filmin aktyor heyətində yer alır.

Похожее изображение

2017-ci il proyekti dram filmi The Rider ilə bəyənilən rejissor Chloe Zhao'nun rejissor kürsüsünə oturacağı film, 1976-cı ildə Jack Kirby tərəfindən yaradılan köhnə, super güclənmiş insan irqinə hədəflənir. Komikslərdə Eternals, fantastik güclərə və çox uzun yaşayışa sahib olan köhnə bir insan irqi olaraq tanıdılır. Ssenarisində Matthew K. FirpoRyan Firpo'nun imzası olacaq olan "The Eternals" filmi 6 noyabr 2020-ci il tarixində izləyicilərin qarşısına çıxacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər