Kit Harinqton

Kit Harinqton

Aktyor

BİOQRAFİYA

Kit Harinqton 26 dekabr 1986-cı ildə Aktonda (Böyük Britaniya) dramaturq Debora Ceyn Keytsbi və biznesmen ser Devid Riçard Harinqtonun ailəsində anadan olub. Uşaq vaxtlarından valideynləri onu tez-tez teatra aparardı. Gənc yaşlarında Harinqton jurnalist, hərbi müxbir və kinooperator olmağı arzulayırdı. Sautfild məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra Vuster kollecinə daxil olur və aktyorluq peşəsini öyrənməyə başlayır. 2008-ci ildə Kit London Universitetinin nitq və dram fakültəsini bitirir və teatr karyerasına başlayır. Onu Milli Kral Teatrının səhnəsində göstəriləcək “Döyüş atı” musiqili tamaşasına baş rola dəvət edirlər. Tamaşa boyunca Kit səhnədə tək olur və atla dialoqu nümayiş etdirilir. Aktyorun oyunu tənqidçilər və tamaşaçıların ürəyincə olub. Harinqtonun etirafına görə, teatr səhnəsini daha çox sevir. Ancaq Kitə dünya şöhrətini teatr qazandırmayıb. 2010-cu ildə gənc aktyor populyar “Taxt-tac oyunları" televiziya serialının kastinqində iştirak edir və ona baş rollardan biri olan Con Snou rolu qismət olur. Serialın birinci və ikinci mövsümləri ərəfəsində Maykl Cey Bassetin “Saylent Hill” filminin ikinci hissəsində Vinsent Karter obrazını canlandırır. “Taxt-tac oyunları” serialından qazandığı populyarlıqdan sonra bir çox filmlərə dəvət almağa başlayır. Kit həmçinin “Əjdahanı necə ram etməli 2” cizgi filminin səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kit_Harington

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç