Stüart və Kasselli "Su Altında"dan İlk Kadrlar Yayımlandı!

21 Avqust, 2019


Okeanın dərinliklərində çarəsiz qalan bir qrup elm adamının hekayəsini danışan, Kristen Stüart (Kristen Stewart) və Vensan Kasselli (Vincent Cassel) "Su Altında"dan (Underwater) ilk kadrlar yayımlandı. Son illərdə Clouds of Sils Maria, Personal ShopperCertain Women kimi uğur qazanan filmlərdə rol alan Kristen Stüart (Kristen Stewart), bu il Charlie’s AngelsSeberg kimi iki diqqətçəkici filmlə filmsevərlərin qarşısına çıxacaq. Xüsusilə Fransız Yeni Dalğasının ikonik fiqurlarından Jean Seberg’i canlandırdığına görə Seberg ilə adını daha da geniş kütlələrə eşitdirməsi gözlənilən Stüart, gələn ilin əvvəlində isə "Su Altında" (Underwater) ilə kinoteatrlara qonaq olacaq. Çəkilişləri 2017-ci ildə tamamlanan və kinoteatrlara 2 il gecikməli gələn Underwater, 10 yanvar 2020-ci ildə premyerası olacaq.

Картинки по запросу Kristen Stewart in action-thriller Underwater

Ssenarisini Brian Duffield (Jane Got a Gun, The Babysitter) və Adam Cozad (The Legend of Tarzan, Jack Ryan: Shadow: Recruit)’ın qələmə aldığı film, yaşanan zəlzələ fəlakətin ardından suyun altındakı araşdırma laboratoriyalarında köməksiz qalan bir qrup elm adamının həyatda qalma mübarizəsini danışır.



2014-cü il istehsalı elmi-fantastik film The Signal ilə adını eşitdirən William Eubank‘in rejissorluğunu üstləndiyi filmin aktyor heyətində Kristen Stüartla (Kristen Stewart) yanaşı Vensan Kassel (Vincent Cassel), Jessica Henwick, Ticey Miller (T.J. Miller), Con Qallaher kiçik (John Gallagher Jr.) və Mamoudou Athie iştirak edirlər.

Entertainment Weekly’e verdiyi reportajda "Su Altında"nın (Underwater) bəlkə də bugünə qədər rol aldığı ən böyük və ən çətin film olduğunu qeyd edən Stüart, bunun dünyadan uzaq qalmanın təsirlərinin qaranlıq və qorxuducu bir təcrübə olduğunu qeyd etdi.




 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər