Vensan Kassel
Aktyor
Vensan Kassel 23 noyabr 1966-cı ildə Parisdə, müasir Fransa tarixinin ən tələb olunan və məşhur aktyoru Jan-Pyer Kasselin ailəsində dünyaya göz açıb. Vensan Kasselin yeniyetmə dövründən yeganə marağı teatra olub. O, məktəbin həvəskar tamaşalarında oynayır, aktyor dərnəklərinə gedir və sevimli rejissoru Martin Skorsezenin filmlərinə baxaraq özündən improvizələr edirdi. Kinoaktyor olmazdan əvvəl Vensan Kassel Anni Fratellinin sirk məktəbini bitirib. Peşəkar aktyorluq karyerasına ABŞ-da başlayıb. Nyu-York səhnələrində debütü uğurlu alınmadığına görə gənc oğlan küçələrdə canlı heykəl obrazını oynayırdı. Tezliklə Fransaya qayıdır və burada atasının köhnə dostu Jan-Lui Barro onu teatrının truppasına qəbul edir. Vensanın kinoda ilk rolu “Leyləklər onlar haqqında fikirləşdiyiniz kimi deyillər” (1989) komediyasında Pyer rolu olur. Ardınca bir neçə epizodik rola dəvət alır. 1995-ci ilə qədər filmoqrafiyasına 15 film daxil olub. 1996-cı ildə Monika Belluççi ilə Kil Muminin “Mənzil” melodramında Maks adlı gənc biznesmeni canlandırır. Bu film hər iki ulduzu yaxınlaşdırır və çox tezliklə evlənirlər. Kassel və Belluççi 2013-cü ilin avqust ayında ayrılırlar. Cütlüyün iki qız övladı var. 90-cı illərin sonunda Vensanın filmoqrafiyasının parlaq işlərindən - “Doberman”, “Məni istədiyin kimi”, “Yelizaveta”, “Güzəşt”, “Janna Dark” filmlərinin adlarını sadalamaq olar. Vensan hələ də ölkəsində və dünyada yetərincə tanınan fransız aktyorlarından hesab olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vensan_Kassel