Meril Strip "Let Them All Talk" Filmində Rol Alacaq!

19 Avqust, 2019


Son olaraq The Laundromat’ə imza atan Stiven Soderberq (Steven Soderbergh), Let Them All Talk adını daşıyan yeni filminin çəkilişlərinə başladığını açıqladı. Filmin baş rollarında Meril Strip (Meryl Streep) və Cemma Çen (Gemma Chan) yer alır.

İlk filmi Sex, Lies, and Videotape ilə Kannda "Qızıl Palma" mükafatını qazanan Stiven Soderberq (Steven Soderbergh); rejissorluqdan əlavə prodüser, görüntü rejissoru və ssenarist olaraq film və televiziya dünyasında varlıq göstərən, özünü davamlı olaraq inkişaf etdirən və filmdə yenilikçi təcrübələrə olduqca isti yanaşan bir addır. Teknologiyanın imkanlarını filmin təsir nöqtəsi ilə birləşdirən Soderberq, iPhone’la çəkdiyi "Halbahal" (Unsane) və High Flying Bird filmləri ilə haqqında çox danışılan, interaktiv bir tədris teknikasının mobil uyğulamasını tətbiq etmişdi.

Похожее изображение

Qarşıdakı dövrlərdə  Stiven Soderberq (Steven Soderbergh), mobil istifadəçiləri hədəf alan, qısa seriyalar halında yayımlanacaq hekayələri fərqli bir nöqtəyə daşımağı hədəfləyən medya şirkəti Quibi üçün yeni fikirlər istehsal edəcək. Bu aralar Netflixdə yayımlanacaq yeni filmi The Laundromat‘i, 76-cı Venesiya Film Festivalında göstərməyə hazırlanan Soderberqin növbəti filmi məlum oldu. Twitter hesabından açıqlama edən Stiven Soderberq (Steven Soderbergh), Let Them All Talk adını daşıyan yeni filminin çəkilişlərinə başladığını eşitdirdi.

Картинки по запросу Gemma Chan

The Playlist’in xəbərinə görə filmin baş rollarında, rejissorla The Laundromat’də birlikdə işləyən peşəkar aktyor Meril Strip (Meryl Streep) və Crazy Rich Asians, Kapitan Marvel (Captain Marvel) filmlərində izlədiyimiz Cemma Çen (Gemma Chan) yer alır. Qısa müddət əvvəl Nyu-Yorkda çəkilişləri başlayan filmin mövzusu ilə əlaqəli detallar bu an üçün gizli saxlanılır. Filmin bir digər özəlliyi, son teknologiya məhsulu RED Komodo Dragon kamera ilə çəkilməsidir.

Filmin kinoteatrlarda yoksa internet platformlarda göstəriləcəyi hələ məlum deyil. Stiven Soderberq (Steven Soderbergh), High Flying BirdThe Laundromat filmlərini çəkmək üçün Netflixlə birlikdə işləməsi filmi kinoteatrda izləmə ehtimalımızı azaldır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər