Kayl Çendler “Good Morning, Midnight”ın Aktyor Heyətinə Qatıldı!

17 Avqust, 2019


Friday Night Lights, Bloodline, Manchester by the Sea kimi proyektlərlə tanınan Kayl Çendler (Kyle Chandler), Corc Kluninin (George Clooney) rejissoru olacağı Good Morning, Midnight’da KluniFelisiti Consla (Felicity Jones) birlikdə rol alacaq.

Confessions of a Dangerous Mind, The Ides of March"Gecəniz xeyirə və uğurlar" (Good Night, and Good Luck). kimi filmlərin rejissor kürsüsünə əyləşən və kamera önündə olduğu qədər kamera arxasında da diqqətçəkici işlərə imza atan Corc Kluni (George Clooney), yeni filmi Good Morning, Midnight üçün hazırlıqlarını davam etdirir.

Картинки по запросу Kyle Chandler Joins George Clooney & Felicity Jones In Clooney-Helmed Post-Apocalyptic Netflix Film

Kluninin rejissoru olacağı, eyni zamanda baş rolunda yer alacağı film üçün hazırlıqların sürət qazanmasıyla birlikdə, aktyor heyəti də formalaşmağa başladı. Filmdə Corc Kluni (George Clooney) və Felisiti Consla (Felicity Jones) yanaşı Friday Night Lights, Bloodline, Manchester by the Sea kimi proyektlərlə tanınan, Catch-22 serialında Kluni ilə birlikdə çalışan "Emmi" mükafatlı aktyor Kayl Çendler (Kyle Chandler) də iştirak edir.

Картинки по запросу Kyle Chandler

Lily Brooks-Dalton‘ın romanından adaptasiya olunan film, qiyamət sonrası bir dünyada baş verir və şimal qütbündə tənha bir elm adamı olan Augustine ilə Aether kosmik gəmidə olan bir kosmonavtın hekayəsini eyni nöqtədə qarşılaşdırır.  Corc Kluninin (George Clooney) canlandıracağı Augustine, evə qayıtmağa çalışdığı sırada Aether kosmik gəmidə yerləşən bu kosmonavtla təmas qurmağa çalışır.

Filmin ssenarisini "Sağ qalan"ın (The Revenant) ssenaristi olan Mark L. Smit (Mark L. Smith) qələmə alır. Çəkilişlərinə oktyabr ayında başlanması planlaşdırılan Good Morning, Midnight, Netflix’də izləyicilərin ixtiyarına veriləcək. Hələ rəsmi bir açıqlama edilməmiş olsa da Netflix filminin gələn il yayımlanması gözlənilir.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər