Felisiti Cons

Felisiti Cons

Aktrisa

BİOQRAFİYA
Felisiti Cons 17 oktyabr 1983-cü ildə Birminhemdə (Böyük Britaniya) anadan olub. Onun ilk rolu 1998-ci ildə çəkilən “Ən pis cadugər” teleserialında Etel Helou obrazı olub. 2006-cı ildən başlayaraq Cons bir çox filmə çəkilib: “Nortenger abbatlığı”, “Braydshedə qayıdış”, “Şeri”, “Fırtına” və sair. 2011-ci ildə çəkildiyi “Dəlilər kimi” filmindəki rolu tənqidçilərdən yaxşı rəy alır və o, bu rola görə bir çox mükafata, o cümlədən "Sandens festivalı"nda jürinin xüsusi mükafatına layiq görülür. 2014-cü ildə “Hər şeyin nəzəriyyəsi” filmində oynadığı Ceyn Hokinq rolu daha da uğurlu alınır və bu rola görə “SAG”, BAFTA, “Qızıl Qlobus”, “Oskar” kimi mükafatlara layiq görülür. 2016-cı ildə Cons macəra-triller “İnferno”, fantastik dram “Bədheybətin səsi” və “Ulduz müharibələri” filminin “Qaçaq-1. Ulduz müharibələri tarixi” seriyasında çəkilib. 2016-ci ildə o, "Ən yaxşı aktyor" kateqoriyasında “Britaniya” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Felicity_Jones
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç