E.Elqort "Xata-Bala 2"nin Ssenarisinin Hazır Olduğunu Açıqladı!

05 Avqust, 2019


“Xata-Bala”nın (Baby Driver) baş rolunda yer alan Ensel Elqort (Ansel Elgort), Edqar Raytın (Edgar Wright) “Baby Driver 2”nin ssenarisini tamamladığını və oxuması üçün ona göndərdiyini açıqladı. Shaun of the Dead, "Bərkgedən polis kimi" (Hot Fuzz), Scott Pilgrim vs. the World kimi sevilən filmlərə imza atan Edqar Rayt (Edgar Wright), son olaraq 2017-ci il istehsalı “Xata-Bala” (Baby Driver) ilə filmsevərlərin qarşısına çıxdı. Dinamikanın bir an olsun düşmədiyi, kəskin janrlı hekayəyi təsirləndirici bir sountrek fonunda böyük ekrana gətirən “Xata-Bala” (Baby Driver), filmsevərlər tərəfindən maraqla qarşılandı və kassa gəlirindəki performansıyla Edqar Raytın (Edgar Wright) bugünə qədərki ən uğurlu filmi oldu. “Xata-Bala” (Baby Driver) premyeraya girdikdən sadəcə günlər sonra davam filmi çəkə biləcəyini açıqlayan Edqar Rayt (Edgar Wright), o gündən bəri gündəmdə olan “Baby Driver 2” proyektini həyata keçirmək üçün işləri davam etdirir.

Ansel Elgort Says ‘Baby Driver 2’ Script Is Finished: ‘I Think It’s Going to Happen’ ile ilgili görsel sonucu

“Xata-Bala”nın (Baby Driver) baş rolunu üstlənən və filmdəki performansı ilə tərif toplayan Ensel Elqort (Ansel Elgort), MTV News’e verdiyi reportajda “Baby Driver 2”nin ssenarisinin hazır olduğunu və ssenariyi oxuma şansı yaxaladığını açıqladı. Mövzu haqqında danışan Elqort: “Ssenariyi mənimlə paylaşdı. Bəli, mənə elə gəlir ki, bu proyekt həyata keçəcək. Məncə bir “Baby Driver 2” olacaq. Əslində adı fərqli ola bilər. Amma nə olacağını Edqardan soruşmaq lazımdır” sözlərini qeyd etdi.

Daha əvvəl Cornetto üçləməsinə imza atmış olsa da, bugünə qədər tam mənada bir davam filmi çəkməyən Rayt, “Xata-Bala” (Baby Driver) ilə ilk davam filminə imza ata biləcəyini, çünki Baby (Elqort) olmaq üzrə, filmdəki xarakterlərin danışılacaq daha çox hekayələri olduğunu qeyd etmişdi.

Ansel Elgort Says ‘Baby Driver 2’ Script Is Finished: ‘I Think It’s Going to Happen’ ile ilgili görsel sonucu

“Baby Driver 2”nin ssenarisinin tamamlanmış olması, davam filmi çəkilməsini istəyən filmsevərlər üçün sevindirici xəbər olsa da, bu proyektin həyata keçməsi üçün bir müddət daha gözləməyimizin lazım gələcəyini xatırlatmaqda fayda var. Ancaq Rayt bu aralar, qorxu janrındakı ilk filmi olan Last Night in Soho‘nun çəkilişləri ilə məşğuldur. Eyni şəkildə Elqort da bu aralar Stiven Spilberq (Steven Spielberg) imzalı West Side Story yeni versiyası ilə məşğuldur. Bu səbəbdən “Xata-Bala”nın (Baby Driver) davam filmini böyük ekranda görmək üçün bir müddət sonra gözləməyimiz lazım gəlir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər