Edqar Rayt

Edqar Rayt

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Edqar Hovard Rayt 18 aprel 1974-cü ildə İngiltərədə anadan olub. Hələ məktəb illərində, 14 yaşı olanda öz filmlərini çəkməyə başlayıb. Yerli gəzməli görməli yerlərdən sayılan «Wookey Hole» mağaralarında işləyib. 80-cı illərin sonu 90-cı illərin əvvəllərində çox sayda qısa-metrajlı filmlər lentə alıb. Əvvəl qohumlarından birinin ona hədiyyə etdiyi 8 millimetrlik kameradan istifadə edib. Daha sonra "Going Live" televiziya proqramı və konkursunda qalib gələrək qazandığı Video8 kamkorderi ilə çəkilişlər aparıb. Qısametrajlı filmlərinin çoxu komediya janrında olub. 20 yaşında Bournemouth Arts incəsənət kollecini bitirdikdən sonra “A Fistful of Fingers” adlı vestern parodiyasını lentə alır. Film məhdud nümayiş üçün nəzərdə tutulduğundan, yalnız "Sky Movies" peyk telekanalında yayımlanır. Raytın yekun məhsuldan narazı qalmasına baxmayaraq, film Mett Lukas və Devid Uilliyams kimi komiklərin diqqətini çəkir və nəticədə onu “Püre və lobyalar” seriallına rejissor vəzifəsinə götürürlər. Ardınca Britaniyanın “Paramaount COmedy” telekanalında “Cənab Bernard Steytelinin Evləri” adlı serialın rejissoru olur. Bu illər ərzində eyni zamanda BBC telekanalı ilə əməkdaşlıq edir, bir sıra layihələrdə çalışır. Kinokaryerası ərzində ən yaddaqalan filmləri “Şon adlı Zombi”, “Azyaşlı sürücü”(2017), “Dünyanın axırı” (2013) filmləri hesab olunur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Edgar_Wright

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç